Şəhidin dəfni, arxiv şəkli

Xocavənddə gəncəli şəhidin nəşi tapılıb

37
(Yenilənib 22:27 17.03.2021)
İyirmi üç yaşlı əsgər Vüsal Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb.

BAKI, 17 mart — Sputnik. Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsindəki "Mübarizlər" qrupu məlumat yayıb.

Məlumatda bildirilir ki, şəhid Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Vüsal Elşən oğludur.

V.Məmmədovun nəşi Xocavənd istiqamətində tapılıb. Onun cənazəsi sabah Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfin ediləcək.

Qeyd edək ki, V.Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb.

37
Çimərlik formatında dərslər

İspaniya məktəbliləri "çimərlik" formatında dərslərə davam edirlər - VİDEO

3
Uşaqlar bir-birindən təhlükəsiz məsafədə yerləşdirilirlər və onlara qoruyucu maskalar paylanır. Çünki dərslərin çimərlikdə olmasına baxmayaraq, karantin qaydaları qüvvədə qalır.

BAKI, 14 aprel — Sputnik. İspaniya məktəblərindən birində dərslərin ağır havalı siniflərdə və ya distant formada deyil, çimərlikdə təşkil edilməsi barədə qərar qəbul olunub. Yeni tədris formatı Mursiya muxtar icmasında qəbul olunub və Los Netyos sahilində həyata keçirilir. Hələ ki çimərlik dərslərinə ancaq 6-12 yaşlı məktəblilər cəlb olunublar.

Müəllimlər öz növbəsində bu cür qeyri-standart tədris formasına məsuliyyətlə yanaşıblar: saat 8-də onlar çimərlikdə parta, stul və portativ yazı lövhələrini quraşdırırlar. Özü də uşaqlar bir-birindən təhlükəsiz məsafədə yerləşdirilirlər və onlara qoruyucu maskalar paylanır. Çünki dərslərin çimərlikdə olmasına baxmayaraq, karantin qaydaları qüvvədə qalır.

Dərslərin müddəti 20 dəqiqədir, tənəffüs zamanı isə şagirdlər çimərlikdə gəzə bilərlər.

​Geyim və ayaqqabı formasının heç bir fərqi yoxdur. Şagirdlər istədikləri kimi geyinib dərsə gələ bilərlər.

Qeyd olunur ki, çimərliyə "köçmüş" məktəb bir il müddətində pandemiya üzündən qapalı şəraitdə qalmış məktəblilər üçün təşkil olunmuş "Fresh Air" proqramının iştirakçısıdır.

3
Teqlər:
video, çimərlik, dərs, İspaniya

Baş qərargah rəisi Gerasimov Ermənistanı Qafqazda əsas partnyorları adlandırdı

5
Gerasimovun sözlərinə görə, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi "Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının fəaliyyət göstərməsidir". 

BAKI, 14 aprel - Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ermənistanlı həmkarı Artak Davtyanla görüşüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, görüş Moskvada baş tutub.

"Sizi Moskvada salamlamaqdan məmnunam. Ermənistan Rusiyanın Qafqazda əsas tərəfdaşı və partnyorudur", - Gerasimov deyib.

O qeyd edib ki, ölkələr qarşılıqlı fəaliyyətlərini həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlar, ilk növbədə KTMT çərçivəsində möhkəmləndirirlər.

Gerasimovun sözlərinə görə, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi "Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının fəaliyyət göstərməsidir". 

"Biz Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində ixtisaslı kadrların yetişdirilməsini davam etdirirk", - deyən Gerasimov əlavə edib ki, koronavirus pandemiyası zamanı Ermənistanda Ermənistan SQ-nin hərbçilərinin müayinəsini də aparıblar. Ümumilikdə 22 min araşdırma aparılıb.

"Bu gün müdafiə sahəsində ikitərəfli qarşılıqlı əlaqələrin aktual məsələlərini müzakirə etmək imkanımız var", - Gerasimov bildirib.

5
Teqlər:
Baş Qərargah rəisi, Qafqaz, Rusiya, Ermənistan