Azərbaycan manatı, arxiv şəkli

Operativ Qərargahın qadağası büdcəyə xeyli pul gətirdi

20
(Yenilənib 17:46 17.03.2021)
Tədbir zamanı sanitar-karantin normaları pozan 10 nəfər 200 manat, obyektin sahibi Fuad Axundov isə 4000 manat miqdarında cərimə ediliblər.

BAKI, 17 mart — Sputnik. Bakı şəhərinin müxtəlif rayonlarında karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması, habelə istifadəsi ictimai-iaşə obyektlərində qəti qadağan edilən qəlyan tütün məhsulunu müştərilərə təklif edən məkanların aşkar edilməsi istiqamətində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, növbəti belə tədbir zamanı paytaxtın Nizami rayonunda yerləşən "VN" çay evində müştəri kimi əyləşən 4 nəfərin qəlyandan istifadə etdiyi müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat miqdarında cərimə olunub. Obyektin işlədən Qoşqar Hüseynov isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, onunla aparılan profilaktik söhbətlərdən nəticə çıxarmadığı üçün 4000 manat məbləğində cərimələnib.

  • Bakıda çay evlərində reyd
    © AR Ministry of Internal Affairs
  • Bakıda çay evlərində reyd
    © AR Ministry of Internal Affairs
  • Bakıda çay evlərində reyd
    © AR Ministry of Internal Affairs
  • Bakıda çay evlərində reyd
    © AR Ministry of Internal Affairs
1 / 4
© AR Ministry of Internal Affairs
Bakıda çay evlərində reyd

Həyata keçirilən daha bir tədbir zamanı Xətai rayonunda yerləşən "Legenda" çay evində karantin qaydalarının pozulduğu müəyyən olunub. Tədbir zamanı sanitar-karantin normaları pozan 10 nəfər 200 manat, obyektin sahibi Fuad Axundov isə 4000 manat miqdarında cərimə ediliblər.

Analoji tədbirlər Xətai rayonunda yerləşən "Samavar" və "Kristal" çay evlərində də həyata keçirilib. Qeyd edilən məkanlara baxış zamanı müştərilərə qəlyan tütün məhsulu təklif edildiyi müəyyən edilib. Həmin obyektlərin icarədarları Nicat Həşimov və Asif Şahnəzərov, eləcə də karantin qaydalarını pozan müştərilər müvafiq qaydada cərimə olunublar.

Qeyd edək ki, istifadəsinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarına tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik tərdbirləri davam etdiriləcək.

20
PPX avtomobili, arxiv şəkli

Məşhur meyxanaçını polis saxlayıb

3
Ötən gün Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb.

BAKI, 21 aprel — Sputnik. Meyxanaçı Rəşad Dağlı polis tərəfindən saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, ötən gün Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb. Tədbirdə Rəşad Dağlı da yer alıb.

Meyxanaçı və onun dostları karantin qaydalarını pozublar. Onunla birlikdə məclisdə yer alan 82 nəfər cəzalandırılıb.

3
PPX avtomobili, arxiv şəkli

Koronavirus xəstələri ictimai yerlərdə dolaşarkən saxlanıldılar

2
Vətəndaşlardan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələri xahiş edilir

BAKI, 21 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 20-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Vətəndaşlardan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələri xahiş edilir.

2