“Böyük qayıdış” filmindən kadr

Qarabağa möhtəşəm qayıdış bir filmdə yer alıb - VİDEO

34
(Yenilənib 19:17 17.03.2021)
Filmin bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, "Böyük qayıdış" pandemiya dövründən sonra hazırlayacağımız çox maraqlı bir layihəmizin kiçik parçasıdır.

BAKI, 17 mart — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 44 günlük şanlı zəfər tariximizi həmişə özünün qısametrajlı filmlərində, videoçarxlarında böyük sevgi və qürur hissi ilə tərənnüm edir.

Sputnik Azərbaycan xəbər verir ki, qalibiyyət ruhlu layihələr silsiləsindən "Böyük qayıdış" qısametrajlı filmi teatrın növbəti uğurlu işidir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, ideya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, baş prodüseri Ülvi Cəfərov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir. Qarabağın məşhur simaları – Molla Pənah Vaqif, Molla Vəli Vidadinin obrazlarının canlandırıldığı bu qısametrajlı əsər təkcə 1-ci və 2-ci Qarabağ müharibəsində həlak olanların deyil, tarixən bu torpaqda yaşayan, bu yurda şöhrət gətirən ulularımızın da müqəddəs ruhlarına bir ithafdır.

Filmin bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bizimlə söhbətində bildirdi ki, "Böyük qayıdış" pandemiya dövründən sonra hazırlayacaqları çox maraqlı bir layihənin kiçik parçasıdır: "Çox sevinirik ki, uzun və acı həsrətdən sonra Azərbaycan xalqı yenə də o torpaqlara qayıdacaq, yenə də əkin-biçin başlayacaq, yenə də o dilbər guşədə musiqi səsi eşidiləcək, Bülbülün, Cabbar Qaryağdıoğlunun xoş avazları Qarabag ünvanlı evlərimizdə ruhumuzu oxşayacağıq".

Qeyd edək ki, filmdə rolları Əməkdar artistlər – Əzizağa Əzizov, Nadir Xasiyev, aktyorlar – Gülcahan Salamova, Gülnarə Abdullayeva, Əmrah Dadaşov, İbrahim Əlizadə, azyaşlı aktyorlar – Rahib və Nuray Məmmədzadələr ifa ediblər. 11 dəqiqəlik filmdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Dövlət Televiziyasının və Strateji Kommunikasiyalar Mərkəzinin materiallarından istifadə edilib.

34
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli

Rusiya XİN: Azərbaycan Ermənistan çətin yolun başlanğıcındadır

4
(Yenilənib 18:55 15.04.2021)
“Azərbaycan və Ermənistandan olan dostlarımızla qarşılıqlı əməkdaşlıq qurarkən bir çox maneələri dəf edəcəyik".

BAKI, 15 aprel - Sputnik. “Bakı ilə Yerevan arasında dayanıqlı sülh və mehriban qonşuluğun bərqərar olmasına yönələn təşəbbüsləri yalnız alqışlaya bilərik”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən ilin 10 noyabr və bu ilin 11 yanvar tarixlərində əldə etdikləri razılaşmalar buna etibarlı zəmin yaradır. Bu kimi proseslərə bundan sonra da hər cür dəstək verməyə hazırıq. Əlbəttə, Ermənistan ilə Azərbaycan qarşılıqlı etimadın zəruri səviyyəsinə çatmaq, münasibətlərini yoluna qoymaq istiqamətində çətin yolun hələ başlanğıcındadır”, - deyən rusiyalı rəsmi bu məsələdə müsbət məlumat və s. fonunun yaradılmasını da vacib hesab edib:

“Azərbaycan və Ermənistandan olan dostlarımızla qarşılıqlı əməkdaşlıq qurarkən bir çox maneələri dəf edəcəyik. Cənubi Qafqazdakı sabitliyin, dayanıqlı iqtisadi inkişafın bu regionda Rusiyanın bütün tərəfdaşlarının manafeyinə uyğun gəldiyini əsas götürürük. Fikrimizcə, tərəflər münasibətləri normallaşdırmağa, etimad mühiti yaratmağa çalışacaqlar”.

4
Elmin Guliyev, arxiv şəkli

Azərbaycanlı reperi hansı cəza gözləyir?

2
(Yenilənib 18:49 15.04.2021)
Qəza 21 sentyabr 2020-ci ildə baş verib. Qəza nəticəsində iki piyada - kişi və qadın, habelə qəzanı törədənin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib

BAKI, 15 aprel — Sputnik. Rusiyada üç nəfərin xəsarət aldığı qəzaya görə azərbaycanlı reper Elmin Quliyev dörd il müddətinə azadlıqdan məhrum edilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskvanın Xamovniçeski Məhkəməsinin mətbuat xidmətindən bildiriblər. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə zərərçəkmişlərin mülki iddialarını da qismən təmin edib.

Xatırladaq ki, qəza 21 sentyabr 2020-ci ildə baş verib. Qəza nəticəsində iki piyada - kişi və qadın, habelə qəzanı törədənin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Quliyev qəzada günahını boynuna alsa da, ayıq olduğunu israr edib.

2