Azərbaycan manatı, arxiv şəkli

Azərbaycanda ən yüksək maaşı kimlərin aldığı məlum olub

45
(Yenilənib 19:09 17.03.2021)
2021-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 min nəfər və ya 2,6 faiz artaraq 1684,4 min nəfər olub.

BAKI, 17 mart — Sputnik. 2021-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 min nəfər və ya 2,6 faiz artaraq 1684,4 min nəfər olub, onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 769,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bu barədə Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib.

Muzdla işləyənlərin 19,6 faizi təhsil, 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2021-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz azalaraq 690,9 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

45
İnsanın kölgəsi, arxiv şəkli

Bakıda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb

3
(Yenilənib 19:02 17.04.2021)
Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

BAKI, 17 aprel — Sputnik. Paytaxtın Nizami rayonunda kanalizasiya quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Lətifxan Musayev tutulub. Araşdırma zamanı onun Keşlə qəsəbəsi ərazisində 5 kanalizasiya quyusunun qapağını oğurladığı müəyyən edilib. Saxlanılan zaman L.Musayevin üzərindən 1 büküm psixotrop maddə olan metamfetamin də aşkar edilib.

Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə DİN-in "102" Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

3
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkının tikintisi

Qubada iki ölkənin qardaşlığına həsr olunmuş park salınır

2
(Yenilənib 19:01 17.04.2021)
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkının ümummilli lider Heydər Əliyevin doğum günündə - mayın 10-da açılacağı nəzərdə tutulub.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Həftənin əvvəlindən Quba şəhərində Azərbaycan-Türkiyə qardaşlıq parkının inşasına başlanılıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, şəhərin mərkəzində - Əliqulu Nərimanov küçəsində inşa edilən park Qubada iki ölkənin qardaşlığını və dostluğunu təcəmm etdirəcək. Parkın ümumi sahəsi 2000 kvadrat metrdən çoxdur. Parkın mərkəzində Azərbaycan-Türkiyə qardaşlığını və dostluğunu əks etdirəcək möhtəşəm abidə olacaq. Abidənin müəllifi, heykəltəraş Şıxəli Təhməzov deyir ki, abidənin iki əldə palıd ağacının kök atmasını əks etdirən görüntülənəcək ki, bu da Türkiyə ilə Azərbaycanın çox qədim qardaşlığının rəmzi nümunəsi olacaq.

  • Azərbaycan - Türkiyə qardaşlıq parkının inşası
    © Sputnik / Leyla Abdullayeva
  • Azərbaycan - Türkiyə qardaşlıq parkının inşası
    © Sputnik / Leyla Abdullayeva
  • Azərbaycan - Türkiyə qardaşlıq parkının inşası
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Azərbaycan - Türkiyə qardaşlıq parkının inşası

Qardaşlıq parkına ümummilli lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, dövlət başçıları İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla Türkiyənin necə dost və qardaş olmalarına dair qiymətli kəlamları həkk ediləcək.

Bu gün Quba İH başçısı Ziyəddin Əliyev Azərbaycan bölgələri arasında ən möhtəşəm qardaşlıq parkı olacaq yeni parkın ərazisində olub, tikinti işləri ilə maraqlanıb, tapşırıqlarını və tövsiyələrini verib. Ziyəddin Əliyev bu parkın qubalılar üçün ən gözəl istirahət guşəsi kimi, iki ölkə arasında sıx dostluğun bariz nümunəsi kimi sakinlərin daimi ziyarət yeri olacağını deyib.

Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkının ümummilli lider Heydər Əliyevin doğum günündə - mayın 10-da açılacağı nəzərdə tutulub.

2