Ağdam yenidən qurulur

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
İlkin mərhələdə 3 kənddə elektrik xətləri, dayaqlar, transformator məntəqələri və sayğaclar tamamilə yenilənir.

BAKI, 16 mart — Sputnik. “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Ağdam rayonun Əfətli  kənd  ərazi nümayəndəliyinə daxil olan 8 kənddə yenidənqurma işlərinə start verilib. Bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Bildirilib ki, müharibənin gedişində bu kəndlər erməni atəşinə məruz qalan zaman elektrik eneji təsərüffatına ciddi ziyan dəymişdi. Ermənilərin atdığı çoxsaylı mərmilər bir çox yerdə xətt və dayaqları yararsız hala salıb: "İlkin mərhələdə 3 kənddə elektrik xətləri, dayaqlar, transformator məntəqələri və sayğaclar tamamilə yenilənir. Əraziyə kifayət qədər mal materal göndərilib. 1200-dək abonetin yaşadığı Hacıməmmədli,  Məmmədbağırlı və Əfətli kəndində işlərin yekunlaşması bir aya nəzərdə tutulub. Kəndlər yeni tikilmiş 35/10 kv-luq Əfətli y/st-dan qidalanır".

Onu da qeyd edək ki, Prezident İlham Əlyevin fərmanına uyğun olaraq işğaldan azad olunan Cəbrayı, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Aşdam rayonu ərazilərində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin edilib. Suqovuşan qəsəbəsinə isə Tərtərdən yeni 35 kV-luq xəttin çəkiliş işləri davam edir.

 

Xəbər lenti
0