"Azərbaycana dörd milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur"

© AP Photo / Eraldo PeresВакцина CoronaVac компании Sinovac Biotech, фото из архива
Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архива  - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
Səhiyyə Komitəsinin sədri: "Bu günə qədər 460 minə yaxın insan peyvənd olunub və proses davam etdirilir. 44 min səhiyyə işçisi pandemiya ilə mübarizəyə cəlb olunub".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. "Azərbaycana 4 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu günə qədər 460 minə yaxın insan peyvənd olunub və proses davam etdirilir. 44 min səhiyyə işçisi pandemiya ilə mübarizəyə cəlb olunub. 

"Pandemiya dövründə ölkə səhiyyəsinin üzərində böyük yük düşdü. Amma səhiyyəmiz çökmədi və öz işini davam etdirdi. Bu, onunla əlaqəlidir ki, zamanında Prezidentin göstərişi ilə səhiyyə bazası yeniləndi və mütəxəssislər cəlb olundu"-deyə, Ə.Əmiraslanov deyib.

Xəbər lenti
0