Əllərində smartfonlar olan gənclər, arxiv şəkli

Yeni mobil xidmətlər istifadəyə verilib

18
(Yenilənib 14:09 16.03.2021)
Yeni istifadəyə verilən xidmətlərdən faydalanmaq üçün vətəndaşlar AppStore və PlayStore elektron platformasından pulsuz olan "Mobil notariat" tətbiqini yükləməlidirlər. Hazırkı istifadəçilər isə proqramı yeniləməklə yararlana bilərlər.

BAKI, 16 mart — Sputnik. Ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların və onların mobil versiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər həyata keçirilir.

Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşların ədliyyə xidmətlərinə əlçatanlığın artırılması, o cümlədən vaxtından və yerindən asılı olmadan peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə 2019-cu ildən "Mobil notariat" tətbiqi uğurla istifadə olunur. Həmin tətbiq vasitəsilə bir sıra notariat hərəkətlərinin, o cümlədən nəqliyyat vasitələrinə sərəncam verilməsi və onun idarə olunmasına dair, həmçinin vəkillərə verilən və bəzi sosial etibarnamələrin elektron qaydada rəsmiləşdirilməsi mümkündür.

Pandemiya dövründə vətəndaşların elektron xidmətlərdən yararlanmaq istəyi mobil tətbiqə xüsusi marağı artırıb və hazırda istifadəçilərinin sayı 110.000-dən çox olan "Mobil notariat" vasitəsilə vətəndaşlara göstərilən mobil ədliyyə xidmətlərin sayı 50.000-dən artıqdır.

Əhaliyə təqdim olunan bu innovasiyaların funksionallığının artırılması üzrə işlər davam etdirilərək "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində "Mobil notariat" tətbiqinə bu günlərdə yeni funksiyalar əlavə olunub.

Belə ki, tətbiq üzərindən banklarda təmsilçilik məqsədilə verilən etibarnamələrin, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələrin elektron qaydada videoyazı vasitəsilə rəsmiləşdirilməsi imkanı yaradılıb.

Yeni istifadəyə verilən xidmətlərdən faydalanmaq üçün vətəndaşlar AppStore və PlayStore elektron platformasından pulsuz olan "Mobil notariat" tətbiqini yükləməlidirlər. Hazırkı istifadəçilər isə proqramı yeniləməklə yararlana bilərlər.

Bundan əlavə, yenilənmiş "Mobil notariat" tətbiqi vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş QR-kod və ya şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və sənəd üzərində yerləşdirilmiş identifikator (barkod) əsasında yoxlamaq mümkündür.

Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılması və əlçatanlığın genişləndirilməsi üzrə tədbirlər davam etdiriləcəkdir.

18
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

6
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

6
İranın Nətənz Nüvə Mərkəzi

MAQATE hay-küylü qəzaya belə reaksiya verdi

5
(Yenilənib 00:05 13.04.2021)
"Nətənz hadisəsi ilə bağlı dünən mediada gedən məlumatlardan xəbərimiz var və bununla bağlı İran rəhbərliyi ilə əlaqə saxlayırıq"

 

BAKI, 12 aprel — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın Nətənz Nüvə Mərkəzində baş verən qəzaya reaksiya verib. Agentlikdən bildirilib ki, qəza ilə bağlı İran hakimiyyəti ilə əlaqə saxlanılıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu MAQATE-nin nümayəndəsi Fredrik Dal deyib.

"Nətənz hadisəsi ilə bağlı dünən mediada gedən məlumatlardan xəbərimiz var və bununla bağlı İran rəhbərliyi ilə əlaqə saxlayırıq ", – deyə Dal bildirib.

Qeyd edək ki, dünən səhər saatlarında İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi İranın Nətənz Nüvə Mərkəzində qəza baş verdiyini, nəticədə insan tələfatı və çirklənmə olmadığını və qəzanın səbəblərinin araşdırıldığını bildirib.

İranın vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi isə vurğulayıb ki, İranın Nətənz Nüvə Mərkəzindəki qəza hücum və "nüvə terrorizmi"nin nəticəsidir.

"İran Beynəlxalq Atom Enerjisi Agentliyini bu nüvə terrorizminə qarşı çıxmağa çağırır, eyni zamanda müvafiq addımlar atmaq hüququnu özündə saxlayır", – deyə o qeyd edib.

5