Göyçayda faciə: Çörəkpulu qazanmağa gedən usta iş başında ölüb

© Sputnik / Murad OrujovКарета скорой помощи. фото из архива
Карета скорой помощи. фото из архива - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
Göyçay rayon sakini, 34 yaşlı Sadıq Fətullayevi təmir zamanı ehtiyatsızlıq səbəbindən elektrik cərəyanı vurub.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan.

BAKI, 16 mart — Sputnik. Göyçayda bədbəxt hadisə nəticəsində usta iş başında ölüb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə günorta saatlarında ustanın işlədiyi ərazidə baş verib.

İlkin məlumatlara görə, Göyçay rayon sakini, 34 yaşlı Sadıq Fətullayevi təmir zamanı ehtiyatsızlıq səbəbindən elektrik cərəyanı vurub.

Ağır xəsarət alan Fətullayev Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0