Baş nazir Azərbaycanda pensiya məbləğinin artım faizini açıqladı

© Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
"44 günlük Vətən müharibəsində şəhid olan 2881 nəfərdən 2695-nin ailələrinə 44 milyon manatdan çox sığorta ödənişi edilib və bu proses gündəlik olaraq dövlətin nəzarətindədir".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. "Pandemiya dövründə Azəbaycan iqtisadiyyatının dəstəklənməsi məqsədilə dövlət tərəfindən müvafiq proqramlar həyata keçirilib, sahibkarlara dəstək göstərilib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatını təqdim edərkən deyib.

Ə.Əsədov bildirib ki, 2020-ci ildə iqtisadiyyatın dəstəklənməsi məqsədilə dövlət büdcəsi və digər mənbələrdən 2.5 milyard manat vəsait ayrılıb:

"Görülən düşünülmüş tədbirlər nəticəsində Azərbaycan pandemiyadan ən az zərər çəkən ölkələr sırasında olub, ölkədə makroiqtisadi sabitlik təmin edilib. Həyata keçirilən tədbirlər, o cümlədən infilyasiyanı minimum səviyyədə saxlamağa imkan verib".

O bildirib ki, ötən il Azərbaycanda bütün sosial ödənişlər tam və vaxtında həyata keçirilib: "Pensiya məbləği orta hesabla 13 faiz artıb. Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin diqqətində olub və Prezident tərəfindən bu istiqamətdə müvafiq fərman və sərəncamlar imzalanıb. 44 günlük Vətən müharibəsində şəhid olan 2881 nəfərdən 2695-nin ailələrinə 44 milyon manatdan çox sığorta ödənişi edilib və bu proses gündəlik olaraq dövlətin nəzarətindədir".

Xəbər lenti
0