Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Baş nazir Azərbaycanın vaksinasiya xərclərini açıqladı

14
(Yenilənib 11:41 16.03.2021)
Ötən il səhiyyə xərcləri 644 milyon manat təşkil edib. Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlamış ilk ölkə olub".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Milli Məclisin iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov ötən ilin hesabatını təqdim edir.

Baş nazir bildirib ki, 2020-ci il pandemiyanın fəsadlarına baxmayaraq bir sıra mühüm hadisələrlə yadda qalıb: "Altıncı çağırış Milli Məclisə keçirilmiş seçkilər mühüm hadisələrdən biri olub və çoxpartiyalı parlament formalaşıb. Ötən il hökumətlə parlament arasında münasibətlər daha da dərinləşib. Keçən il strateji layihələrin icrası və digər islahatların həyata keçirilməsi sahəsində məqsədyönlü işlər davam etdirilib. TAP-ın istismara verilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya çıxarılıb. Dünya Bankının müvafiq hesabatında 190 ölkə arasında Azərbaycan 28-ci yerdə qərarlaşıb".

O bildirib ki, ötən il pandemiya ilə mübarizə məqsədilə davamlı tədbirlər həyata keçirilib: "Bunun qarşısını almaq və xəstəliklə mübarizə aparılması üçün dövlət başçısının sərəncamı ilə Operativ Qərargah yaradılıb. Dövlətin bütün imkan və resursları xəstəliklə mübarizəyə ayrılıb, qısa müddətdə modul tipli xəstəxanalar yaradılıb. İl ərzində xarici ölkələrdən tibbi personal Azərbaycana dəvət edilib. Ötən il səhiyyə xərcləri 644 milyon manat təşkil edib. Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlamış ilk ölkə olub".

O bildirib ki, 2020-ci il Azərbaycanın şanlı dövlətçilik tarixində Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızın azad edilməsi, suverenliyin bərpası ilə əlamətdar olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, dərin islahatlar nəticəsində yaradılmış potensial şanlı ordumuzun düşmən üzərində qələbəsini şərtləndirib: "Bir daha qələbə münasibətilə Prezidentimizi, xalqımızı və sizləri təbik edirəm".

14
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

6
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

6
İranın Nətənz Nüvə Mərkəzi

MAQATE hay-küylü qəzaya belə reaksiya verdi

5
(Yenilənib 00:05 13.04.2021)
"Nətənz hadisəsi ilə bağlı dünən mediada gedən məlumatlardan xəbərimiz var və bununla bağlı İran rəhbərliyi ilə əlaqə saxlayırıq"

 

BAKI, 12 aprel — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın Nətənz Nüvə Mərkəzində baş verən qəzaya reaksiya verib. Agentlikdən bildirilib ki, qəza ilə bağlı İran hakimiyyəti ilə əlaqə saxlanılıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu MAQATE-nin nümayəndəsi Fredrik Dal deyib.

"Nətənz hadisəsi ilə bağlı dünən mediada gedən məlumatlardan xəbərimiz var və bununla bağlı İran rəhbərliyi ilə əlaqə saxlayırıq ", – deyə Dal bildirib.

Qeyd edək ki, dünən səhər saatlarında İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi İranın Nətənz Nüvə Mərkəzində qəza baş verdiyini, nəticədə insan tələfatı və çirklənmə olmadığını və qəzanın səbəblərinin araşdırıldığını bildirib.

İranın vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi isə vurğulayıb ki, İranın Nətənz Nüvə Mərkəzindəki qəza hücum və "nüvə terrorizmi"nin nəticəsidir.

"İran Beynəlxalq Atom Enerjisi Agentliyini bu nüvə terrorizminə qarşı çıxmağa çağırır, eyni zamanda müvafiq addımlar atmaq hüququnu özündə saxlayır", – deyə o qeyd edib.

5