Polis əməkdaşları, arxiv şəkli

Polislərə vaksinin ikinci dozasının vurulmasına başlanılıb

11
(Yenilənib 10:09 16.03.2021)
Qeyd edək ki, paytaxtda DİN əməkdaşlarına vaksinin ilk dozasının vurulmasına fevral ayında başlanılıb.

BAKI, 16 mart — Sputnik. COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə daxili işlər orqanlarında (DİO) peyvəndlənmə kampaniyası davam etdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, peyvəndlənmənin əsas məqsədi ölkədə yayılmış koronavirus pendemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Bununla əlaqədar ərazi polis orqanlarında vaksinasiyanın ikinci dozası vurulur.

Eyni zamanda vaksinasiya üçün Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Aparatında da təcili tibbi yardım otağı ayrılıb. Əməkdaşların qan təziqi, bədən hərarəti yoxlandıqdan sonra peyvənd olunurlar.

Vaksin immuniteti gücləndirərək infeksiyanın ötürülməsini məhdudlaşdırır.

Qeyd edək ki, paytaxtda DİN əməkdaşlarına vaksinin ilk dozasının vurulmasına fevral ayında başlanılıb.

11
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus Ross esminetsi Bosfor boğazında

Qara dənizdə baş verir? ABŞ Türkiyəyə xəbərdarlığını geri götürdü

6
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir. 

"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

 

6
Teqlər:
təxirə salınmaq, keçid, hərbi gəmi, Qara dəniz, ABŞ, Türkiyə
Raket, arxiv şəkli

Türklərin İraqdakı düşərgəsi raket atəşinə tutulub

8
(Yenilənib 23:56 14.04.2021)
​Daha bir raket isə yaxınlıqdakı kəndə düşüb, bir mülki şəxs yaralanıb. Mənbənin sözlərinə görə, Ərbil aerodromu ərazisinə də raket düşüb.

BAKI, 14 aprel - Sputnik. Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanında yerləşən bazası raket atəşinə tutulub. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, İraq təhlükəsizlik qüvvələrinin mənsubu raketin Baaşika şəhərində yerləşən Türkiyə SQ düşərgəsinin ərazisinə düşdüyünü söyləyib. Onun sözlərinə görə, xəsarət alanlar barədə məlumat yoxdur.

​Daha bir raket isə yaxınlıqdakı kəndə düşüb, bir mülki şəxs yaralanıb. Mənbənin sözlərinə görə, Ərbil aerodromu ərazisinə də raket düşüb.

Baaşika ilə Ərbil arasında məsafə 90 km-dir. 

L`Orient-Le-Jour nəşri isə Ərbildə Amerika əsgərlərinin hədəf alındığını bildirib. 

Xatırladaq ki, bu ilin fevralında Ərbilin raket atəşinə tutulması nəticəsində bir nəfər həlak olmuş, doqquz nəfər yaralanmışdı. Bəzi amerikalı hərbçilərdə beyin silkələnməsi təsbit edilmişdi. Beynəlxalq koalisiyanın məlumatına görə, ümumilikdə 14 raket buraxılmış, onlardan 3-ü Ərbildəki bazaya düşmüşdü.

8
Teqlər:
İraq, Türkiyə