Naxçıvan Qarnizonu Qoşunları komanda-qərargah təlimi keçib - VİDEO

13
Təlimin yekununda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib.

BAKI, 13 mart - Sputnik. “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, komanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib.

Təlimin sonuncu mərhələsində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzindəki kompüterlər vasitəsilə qiymətləndirilib. Komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib yuxarı qərargaha məruzə etməsi, tabelikdə olanlara çatdırması, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə kompüterlər üzərində məşqlər keçirilib.

Təlimin yekununda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib, təlimə cəlb olunan birləşmə və hissələrin komandir və qərargahlarının fəaliyyətləri Qarnizonun koordinasiya qrupu tərəfindən qiymətləndirilərək aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində verilmiş tapşırıqlar birləşmə və hissə komandirləri ilə dəqiqləşdirilib. 

13
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

4
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

4
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus Ross esminetsi Bosfor boğazında

Qara dənizdə baş verir? ABŞ Türkiyəyə xəbərdarlığını geri götürdü

10
"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

BAKI, 15 aprel - Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi özlərinin iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçməyəcəyi barədə Türkiyəni məlumatlandırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bundan öncə Türkiyə XİN-dəki mənbə RİA Novosti-yə bildirmişdi ki, Vaşinqton Ankaraya iki hərbi gəmisinin Bosfor boğazı vasitəsilə Qara dənizə keçəcəyi və aprelin 14-15-dən mayın 4-5-dək orada qalacağı barədə xəbərdarlıq etmişdi. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika hərbi gəmilərinin Qara dənizdəki əməliyyatları "rutin xarakter" daşıyır və ABŞ bu fəaliyyəti Türkiyə hökuməti ilə Montrö razılaşması çərçivəsində gerçəkləşdirir. 

"Bəli, ABŞ səfirliyi bizim nazirliyi bu barədə məlumatlandırıb", - gəmilərin keçidinin təxirə salınması barədə suala cavabında XİN əməkdaşı bildirib.

 

10
Teqlər:
təxirə salınmaq, keçid, hərbi gəmi, Qara dəniz, ABŞ, Türkiyə