Bərdə-Ağdam dəmir yolu xətti minalardan təmizlənir

© © Photo: The Ministry of Emergency Situations of the Republic of AzerbaijanFövqəladə Hallar Nazirliyinin pirotexniklərdən ibarət qrupu
Fövqəladə Hallar Nazirliyinin pirotexniklərdən ibarət qrupu - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Abunə olmaq
"Bu gün aparılan əməliyyat nəticəsində 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina aşkar edilib"

BAKI, 13 mart — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi Ağdam rayonunun işğaldan azad olunan Baş Qərvənd kəndində ərazilərin minalardan təmizlənməsini davam etdirir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu agentliyin qərargah rəisi İdris İsmayılov bu gün jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin ərazi Bərdə-Ağdam dəmir yolu xəttidir, uzunluğu 25 kilometr, eni isə 40 metrdir:

"Agentlik tərəfindən aparılan əməliyyatlar nəticəsində son bir ayda həmin ərazinin 2 kilometri, ümumilikdə isə 37 min 400 kvadratmert sahə yoxlanılıb, yoxlama zamanı 35 ədəd tank əleyhinə mina, 41 ədəd piyada əleyhinə mina, 2 ədəd isə partlamamış hərbi sursat aşkar edilərək götürülüb. Əməliyyatlar davam edir. Bu günə qədər ərazidən iki xətt boyunca piyadac əleyhinə mina və bir xətt boyunca tank əleyhinə mina aşkar edilib. Bu gün aparılan əməliyyat nəticəsində 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina aşkar edilib".

Xəbər lenti
0