Kinoteatr, arxiv şəkli

"Sezar Sinema" mükafatının qalibləri bəlli oldu

15
(Yenilənib 23:35 13.03.2021)
"Ən yaxşı aktrisa" nominasiyasının qalibi "Antoinette dans les Cevennes" filmində rol alan Laure Calamy, "Ən yaxşı aktyor" nominasiyasında isə "Un fils" filmindəki performansı ilə Sami Bouajila layiq görülüb.

BAKI, 13 mart — Sputnik. Parisdə bu il 46-cısı təşkil olunan "Cesar Cinema" mükafatının qalibləri bəlli olub.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, fransalı rejissor Albert Dupontelin "Adieu Les Cons" filmi ən yaxşı film və ən yaxşı ssenari nominasiya üzrə qalib olub.

Dupontel isə bu filmə görə ən yaxşı rejissor nominasiyasında qalib olub.

"Ən yaxşı aktrisa" nominasiyasının qalibi "Antoinette dans les Cevennes" filmində rol alan Laure Calamy, "Ən yaxşı aktyor" nominasiyasında isə "Un fils" filmindəki performansı ilə Sami Bouajila layiq görülüb. Fransalı rejissor Sebastien Lifshitzin "Adolescentes" filmi isə ən yaxşı sənədli film seçildi. Ən yaxşı xarici film mükafatı isə danimarkalı rejissor Thomas Vinterbergin "Drunk" filminə verildi. Tina Baz "Adolescentes" filmiylə ən yaxşı montaj mükafatına layiq görüldü. Ən yaxşı animasiya film mükafatı Aurelien Fromentin "Josep", ən yaxşı qısa film mükafatı isə Sofia Alaouinin "Qu'importe si les betes meurent" filmlərinə verildi.

 

15
Neft buruğu, arxiv şəkli

Neft yenə ucuzlaşdı

0
Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 62,49 dollar olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,8% azdır.

BAKI, 12 aprel — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, Londonun "ICE" birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,37 dollar geriləyərək 62,58 dollar, Nyu-Yorkun "NYMEX" birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,34 dollar ucuzlaşaraq 58,98 dollar olub.

Qeyd edək ki, ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 62,49 dollar olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,15 dollar və ya 1,8% azdır.

0
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli

Zelenskinin mətbuat katibi: "Ukrayna Donbasa hücum etməyi planlaşdırmır"

2
(Yenilənib 11:15 12.04.2021)
"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

BAKI, 12 aprel — Sputnik. Ukrayna Donbasa hücum etməyi planlaşdırmır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Medel bildirib.

"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.

Medel bildirib ki, rəsmi Kiyev əmindir ki, sülhə yalnız danışıqlar yolu ilə gəlmək olar: "Məhz buna görə, biz "Normand formatında" danışıqlara nail olmağa çalışırıq və bütün mümkün diplomatik yollarla sülhə doğru irəliləyəcəyik".

2