BAKI, 13 mart — Sputnik. Polis əməkdaşları tərəfindən paytaxt ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Naszirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhər sakinləri, 38 yaşlı N.Rzayevə və 36 yaşlı T.Bayramovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
N.Rzayev barəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.
Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət –profilaktik tədbirləri davam etdirir. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.
BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.
Bella Hadid walking for Michael Kors FW 2021. pic.twitter.com/quLVigHF0B
— babies art (@BabiesArt_) April 10, 2021
Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.
Irina Shayk walking for Michael Kors FW 2021. pic.twitter.com/tg4WHka0PB
— babies art (@BabiesArt_) April 10, 2021
Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.
— babies art (@BabiesArt_) April 10, 2021
BAKI, 10 aprel — Sputnik. "İblis ayaqqabıları"nın satıcısı "Nike"ın məhkəmə iddiasından sonra onun satışdan geri çağırılmasına razılıq verib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, ödədikləri pullar alıcılara geri qaytarılacaq.
Xatırladaq ki, rep ifaçısı Lil Nas X "Satanic Shoes" ("İblis ayaqqabıları") adı altında 666 cüt idman ayaqqabısı istehsal edib. İdman ayaqqabısı "Nike Air Max 97"yə bənzəyir, sadəcə altlıq hissədə hava qabarcığı mürəkkəbə qarışmış bir damla qan ilə doldurulub.
Посмотреть эту публикацию в Instagram
Bununla əlaqədar olaraq "Nike" məhkəməyə müraciət edib və həmin idman ayaqqabıların satışının müvəqqəti qadağan olunmasına nail olub.