Bakıda yağışlı hava

Sabahın hava proqnozu açıqlandı

7
Tibbi-meteoroloji proqnoza əsasən, martın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

BAKI, 13 mar — Sputnik. Martın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Martın 14-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasənyağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə

5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza əsasən, martın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

7
Mehri

Paşinyan Mehriyə getdi - Zəngəzurda etirazlar başladı - VİDEO

1
(Yenilənib 11:23 21.04.2021)
Vəziyyət gərgin olaraq qalır. Sakinlər "Nikol satqın", "Nikol türk", şüarları səsləndirirlər. Polislər Baş nazirin korteji üçün yolu açmağa çalışırlar.

BAKI, 21 aprel — Sputnik. Ermənistanın Sünik vilayətində (Zəngəzur) Baş nazir Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilir. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan Mehriyə gəlib, lakin onlarla vətəndaş onun şəhəri tərk etməsini istəyiblər.

Digər qrup isə Paşinyanı dəstəkləyib. Nəticədə qruplar arasında qarşıdurma baş verib. Lakin hüquq mühafizə orqanları əməkdaşları onları ayıra biliblər.

Vəziyyət gərgin olaraq qalır. Sakinlər "Nikol satqın", "Nikol türk", şüarları səsləndirirlər. Polislər Baş nazirin korteji üçün yolu açmağa çalışırlar.

Baş nazirin Mehriyə səfəri əvvəlcədən anons edilməmişdi.

 

1
Evdən icazəsiz çıxan koronavirus xəstəsi

Şəki Oğuzda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb

3
(Yenilənib 11:40 21.04.2021)
Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan E.Bayraməliyev və H.Lətifov barəsində araşdırma aparılır

BAKI, 21 aprel — Sputnik. Şəki və Oğuz Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, ev şəraitində müalicəyə cəlb edilən Oğuz rayon sakini Elxan Bayraməliyev və Şəki şəhər sakini Hamil Lətifova sosial izolyasiya qaydalarına riayət edərək yaşadıqları ünvanları tərk etməmələri barədə xəbərdarlıq olunmasına baxmayaraq, onlar polis əməkdaşları tərəfindən küçədə aşkarlanıb. Həmin şəxslər evlərinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan E.Bayraməliyev və H.Lətifov barəsində araşdırma aparılır.

 

3