Qıraq Müşlan kəndi

Zəngilanın Qıraq Müşlan kəndindən yeni görüntülər

183
Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Qıraq Müşlan kəndindən videogörüntülər yayıb.

BAKI, 13 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Qıraq Müşlan kəndindən yeni çəkilmiş videogörüntülər yayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

183
PPX avtomobili, arxiv şəkli

Məşhur meyxanaçını polis saxlayıb

3
Ötən gün Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb.

BAKI, 21 aprel — Sputnik. Meyxanaçı Rəşad Dağlı polis tərəfindən saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, ötən gün Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb. Tədbirdə Rəşad Dağlı da yer alıb.

Meyxanaçı və onun dostları karantin qaydalarını pozublar. Onunla birlikdə məclisdə yer alan 82 nəfər cəzalandırılıb.

3
PPX avtomobili, arxiv şəkli

Koronavirus xəstələri ictimai yerlərdə dolaşarkən saxlanıldılar

2
Vətəndaşlardan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələri xahiş edilir

BAKI, 21 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 20-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Vətəndaşlardan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələri xahiş edilir.

2