DYP əməkdaşı, arxiv şəkli

Yol Polisi sürücülərə müraciət edib

145
Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı tövsiyə edib.

BAKI, 12 mart — Sputnik. DİN Baş DYP İdarəsi sürücülərə müraciət edib.

İdarədən verilən məlumata görə, müraciətdə bildirilib ki, respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda yağış, qar yağması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir.

145
Çimərlik formatında dərslər

İspaniya məktəbliləri "çimərlik" formatında dərslərə davam edirlər - VİDEO

4
Uşaqlar bir-birindən təhlükəsiz məsafədə yerləşdirilirlər və onlara qoruyucu maskalar paylanır. Çünki dərslərin çimərlikdə olmasına baxmayaraq, karantin qaydaları qüvvədə qalır.

BAKI, 14 aprel — Sputnik. İspaniya məktəblərindən birində dərslərin ağır havalı siniflərdə və ya distant formada deyil, çimərlikdə təşkil edilməsi barədə qərar qəbul olunub. Yeni tədris formatı Mursiya muxtar icmasında qəbul olunub və Los Netyos sahilində həyata keçirilir. Hələ ki çimərlik dərslərinə ancaq 6-12 yaşlı məktəblilər cəlb olunublar.

Müəllimlər öz növbəsində bu cür qeyri-standart tədris formasına məsuliyyətlə yanaşıblar: saat 8-də onlar çimərlikdə parta, stul və portativ yazı lövhələrini quraşdırırlar. Özü də uşaqlar bir-birindən təhlükəsiz məsafədə yerləşdirilirlər və onlara qoruyucu maskalar paylanır. Çünki dərslərin çimərlikdə olmasına baxmayaraq, karantin qaydaları qüvvədə qalır.

Dərslərin müddəti 20 dəqiqədir, tənəffüs zamanı isə şagirdlər çimərlikdə gəzə bilərlər.

​Geyim və ayaqqabı formasının heç bir fərqi yoxdur. Şagirdlər istədikləri kimi geyinib dərsə gələ bilərlər.

Qeyd olunur ki, çimərliyə "köçmüş" məktəb bir il müddətində pandemiya üzündən qapalı şəraitdə qalmış məktəblilər üçün təşkil olunmuş "Fresh Air" proqramının iştirakçısıdır.

4
Teqlər:
video, çimərlik, dərs, İspaniya

Baş qərargah rəisi Gerasimov Ermənistanı Qafqazda əsas partnyorları adlandırdı

6
Gerasimovun sözlərinə görə, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi "Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının fəaliyyət göstərməsidir". 

BAKI, 14 aprel - Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ermənistanlı həmkarı Artak Davtyanla görüşüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, görüş Moskvada baş tutub.

"Sizi Moskvada salamlamaqdan məmnunam. Ermənistan Rusiyanın Qafqazda əsas tərəfdaşı və partnyorudur", - Gerasimov deyib.

O qeyd edib ki, ölkələr qarşılıqlı fəaliyyətlərini həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlar, ilk növbədə KTMT çərçivəsində möhkəmləndirirlər.

Gerasimovun sözlərinə görə, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi "Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının fəaliyyət göstərməsidir". 

"Biz Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində ixtisaslı kadrların yetişdirilməsini davam etdirirk", - deyən Gerasimov əlavə edib ki, koronavirus pandemiyası zamanı Ermənistanda Ermənistan SQ-nin hərbçilərinin müayinəsini də aparıblar. Ümumilikdə 22 min araşdırma aparılıb.

"Bu gün müdafiə sahəsində ikitərəfli qarşılıqlı əlaqələrin aktual məsələlərini müzakirə etmək imkanımız var", - Gerasimov bildirib.

6
Teqlər:
Baş Qərargah rəisi, Qafqaz, Rusiya, Ermənistan