"Biz Azərbaycanla enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk"

© Sputnik / Aleksey Vitvitsky / Mediabanka keçidЗдание Европейского банка реконструкции и развития в Люксембурге
Здание Европейского банка реконструкции и развития в Люксембурге - Sputnik Azərbaycan, 1920, 11.03.2021
Abunə olmaq
Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Basso COVID-19 böhranı ilə bağlı vəziyyətin uğurla idarə olunmasına görə İlham Əliyevi təbrik edib.

BAKI, 11 mart - Sputnik. "Sizi COVID-19 böhranı ilə bağlı vəziyyətin uğurla idarə olunmasına görə təbrik etmək istərdim. Bütün ölkələr hazırda bu çağırışla üz-üzədir və bu böhran bir çox yerlərdə iqtisadi problemləri şərtləndirir. Digər ölkələrlə müqayisədə sizdə vəziyyət daha yaxşıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Basso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videoformatda keçirələn görüş zamanı deyib.

Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidentini videoformatda qəbul edib - Sputnik Azərbaycan, 1920, 11.03.2021
SİYASƏT
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidentini qəbul edib

Odil Reno-Basso təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığına toxunaraq deyib: "Ötən il biz diqqətimizi özəl sektor üzərində cəmləşdirdik, kiçik və orta sahibkarlığın dəstəklənməsi, sosial əhəmiyyətli və ətraf mühitə təsirlə bağlı yerli valyuta ifadəsində layihələrin icrası uğurla həyata keçirildi. Biz Mərkəzi Bankla SVOP (valyuta mübadiləsi) sazişi bağlamaqla yerli valyutada layihələrin maliyyələşdirilməsi sahəsində əməkdaşlığımızdan da məmnunuq. Bu da öz növbəsində kiçik və orta sahibkarlığın dəstəklənməsi baxımından vacibdir. Sevindirici haldır ki, böyük həcmdə maliyyə töhfəsi verdiyimiz Cənub Qaz Dəhlizi layihəsi başa çatdı. Biz bu layihədə yaxından iştirak edirdik və şadıq ki, həmin layihə artıq tam şəkildə icra edilib. Biz enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk".

Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Basso Azərbaycan hökuməti ilə külək və günəş enerjisi sahələrində əməkdaşlıq etdiklərini deyərək, bununla bağlı qanunvericilik bazasının qəbul edilməsinin önəminə toxundu, bu sahədə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Söhbət zamanı Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsindən məmnunluq, bu əməkdaşlığın daha da dərinləşdirilcəyinə əminlik ifadə edilib. 

Xəbər lenti
0