Sabah hava şəraiti kəskinləşəcək, qar yağacaq

510
(Yenilənib 21:53 11.03.2021)
Martın 12-də hava şəraiti bir qədər kəskinləşəcək, yağıntılar sulu qar və qar şəklində müşahidə olunacaq.

BAKI, 11 mart - Sputnik. Azərbaycanda hava şəraiti kəskinləşməkdə davam edəcək. 

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin saat 21:00-a olan məlumatına əsasən xəbər verir ki, Daşkəsən, Göygöl, Qəbələ,  Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabran, Şahdağ, Xınalıqda qar, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Zaqatala, İsmayıllı, Xaçmaz, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Yardımlı, Lənkəran, Astara, Ağsu, Şabran, Sumqayıt, Bakı, Maştağa, Neft Daşları, Pirallahı, Çilov adası, Binədə yağış yağıb.

Şimal-şərq küləyi əsib, Neftçalada 20 m/s, Biləsuvar, Hacıqabulda 18 m/s -dək güclənib.

Martın 12-də isə hava şəraiti bir qədər kəskinləşəcək, yağıntılar sulu qar və qar şəklində müşahidə olunacaq.

510
Şirniyyat

Konfet vaflinin qiyməti qalxacaq

3
(Yenilənib 15:59 15.04.2021)
Son altı ay ərzində şirniyyat məmulatlarının əsas tərkib hissəsini təşkil edən xammal 25-120% bahalaşıb ki, bu da qiymət artımını qaçılmaz edir.

BAKI, 15 aprel — Sputnik. Rusiya qənnadçıları yaxın vaxtlarda konfet və vaflinin qiymətinin qalxacağı barədə əhalini xəbərdar edib. Sputnik Azərbaycan bu barədə Rusiya mediasına istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, xammalın bahalaşması istehsalçıları bu şirniyyatların dəyərini əhəmiyyətli dərəcədə artırmağa vadar edir. Belə ki, son altı ay ərzində konfet və vaflilərin əsas tərkib hissənin təşkil edən xammal 25-120% bahalaşıb. Məsələn, un, kərə yağı, yumurta və cemin qiyməti 50, şəkərin qiyməti isə 120 faizə qədər artıb. Nəticədə, şirniyyat məhsullarının istehsal dəyəri orta hesabla 10 faiz çoxalıb.

Xəbərdə bildirilir ki, bahalaşmaya yeyinti sənayesi üçün külli miqdarda xammal ehtiyatı alan və dünyada bu məhsulların defisitinə səbəb olan Çin də təsir göstərib. Bundan başqa, Çin bəzi məhsulların ixrac qiymətini də artırıb.

Xatırladaq ki, bir qədər bundan əvvəl Rusiya hökuməti inflyasiya ilə əlaqədar şəkər tozu-qənd və günəbaxan yağı istehsalçılarına 9 milyard rubl həcmində subsidiya ayırmışdı. Bu addım şəkərin topdansatış qiymətinin 36, pərakəndə qiymətinin isə 46 rubldan yuxarı qalxmamasına imkan verirdi. Subsidiya sayəsində bir litr günəbaxan yağının qiymətini isə 95-110 rubl səviyyəsində saxlamaq mümkün olmuşdu.

Qeyd edək ki, Azərbaycana qənnadı məhsulları ixrac edən ölkələr arasında Rusiya əsas yerlərdən birini tutduğundan, ölkəmizdə də qiymət artımı qaçılmazdır.

 

3
Yevlaxda Aşağı Bucaq kəndində

Yexlaxdakı cücə sexində faciə: İşçi qadın yanaraq öldü

3
(Yenilənib 16:21 15.04.2021)
Kənd sakini: "Gecə saatlarında qəfildən kəndin üzərinin qırmızı rəngə boyandığını gördük. Elə bildik qamışlıq yanır. Sonra qonşular dedi ki, yanan cücə sexidir".

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Yevlaxda gecə saatlarında baş verən yanğın zamanı 53 yaşlı qadın yanaraq dünyasını dəyişib. Dəhşətli hadisə ötən gecə rayonun Aşağı Bucaq kəndindəki cücə sexində baş verib.

Sakinlər bildirib ki, qəfildən göyün üzünün qırmızı alova büründüyünü görüblər. Əvvəlcə qamışlığın yandığını zənn etsələr də, sonradan cücə sexinin alovlandığını görüblər. Güclü yanğın tez bir zamanda ətrafa yayıldığından hadisə yerinə yanğınsöndürənlər çağırılıb.

Kənd sakini Buğda Allahverdiyevin Sputnik Azərbaycan-a bildirdiyinə görə, yanğın zamanı obyektdən hər hansı əşya çıxarmaq mümkün olmayıb. Həmçinin sexin işçisi Səidə Hüseynova da yanaraq dünyasını dəyişib:

"Gecə saatlarında qəfildən kəndin üzərinin qırmızı rəngə boyandığını gördük. Elə bildik qamışlıq yanır. Sonra qonşular dedi ki, yanan cücə sexidir. Yanğınsöndürənləri çağırdıq. Çox çətinliklə söndürdülər. Heç nə çıxarmaq mümkün olmadı. Apartlar, yumurtalar, hər şey yanıb yararsız hala düşüb."
  • Yevlaxda Aşağı Bucaq kəndində
    © Sputnik / Rahim Mammadov
  • Yevlaxda Aşağı Bucaq kəndində
    © Sputnik / Rahim Mammadov
  • Yevlaxda Aşağı Bucaq kəndində
    © Sputnik / Rahim Mammadov
  • Yevlaxda Aşağı Bucaq kəndində
    © Sputnik / Rahim Mammadov
1 / 4
© Sputnik / Rahim Mammadov
Yevlaxda Aşağı Bucaq kəndində

Qeyd edək ki, yanğın zamanı ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ona bitişik ümumi sahəsi 520 m² olan cücə sexinin yanar konstruksiyaları 360 m² sahədə yanıb. Həmçinin orada olan aparatlar, xeyli yumurta yanaraq yararsız hala düşüb. Yanğın hadisəsinin hansı səbəbdən baş verdiyi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

3