Bakıda hotellərin birində

Hotellərə ulduz verilməsi üçün rüsum açıqlandı

15
(Yenilənib 16:22 11.03.2021)
"Karantin dövründə otellərə bu rüsum güzəşt edilir və sertifikat 3 illik veriləcək""Karantin dövründə otellərə bu rüsum güzəşt edilir və sertifikat 3 illik veriləcək"

BAKI, 11 mart — Sputnik. "Son illər ərzində Azərbaycanda otelçilik sahəsində çox böyük işlər görülüb". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

F.Zenqstşmid otellərin ulduz alması proseslərindən də danışıb:

"Otellər ulduz əldə etməsi üçün bütün şərtlər saytımızda göstərilib. Otellərin müraciətindən sonra auditorlarımız oteldə yoxlama aparır və hər hansı çatışmazlıq aşkar edilərsə, otel rəhbərliyinə həmin natamamlığı aradan qaldırmaq üçün müəyyən vaxt verilir. Əgər bu kiçik çatışmazlıqdırsa, otelə 6 aya qədər vaxt verilir. Amma daha böyük problemi aradan qaldırmaq üçün 12 aya qədər vaxt verilir. Dövlət Turizm Agentliyinin (DTA) qərarı ilə razılaşmayan otellər müstəqil apellyasiyaya müraciət edə bilərlər".

ATB rəsmisi rüsumu da açıqlayıb: "Otellərə ulduz verilməsinə görə rüsum 800 manatdan başlayır. Karantin dövründə otellərə bu rüsum güzəşt edilir və sertifikat 3 illik veriləcək".

15
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko

Lukaşenkonun Bakı səfərinin məqsədi idi?

3
(Yenilənib 17:44 15.04.2021)
Unutmayaq, Belarus KTMT çərçivəsində Ermənistanın Azərbaycana qarşı ambisiyalarına qarşı çıxan iki ölkədən biri idi.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenkonun prezident seçildikdən sonra ikinci xarici səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərin əhəmiyyətinə diqqət çəkir. Prezident Aleksandr Lukaşenkonun Azərbaycanda rəsmi və qeyri-rəsmi formatda keçirdiyi görüşlər, verdiyi açıqlamalar diqqətlə izlənilir. Sputnik Azərbaycan Azərbaycan-Belarus əlaqələri və Aleksandr Lukaşenkonun bu səfərinin ikitərəfli münasibətlərdə rolu ilə bağlı Milli Məclisin deputatı Rasim Musabəyov və politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Azərbaycan və Belarus arasında sıx əməkdaşlıq mövcuddur:

"Bu əlaqələrin və əməkdaşlığın əhatə dairəsi genişdir. İki ölkə arasında hərbi sənaye, kənd təsərrüfatı, maşınqayırma sahələrində əməkdaşlıq daima inkişaf edir. Belarus rəhbərliyi də hər zaman Azərbaycanın problemlərinə diqqətlə yanaşıb. Düşünürəm ki, bizim münasibətlərimiz bundan sonra da yüksələn xətlə inkişaf etməyə davam edəcək. Belarus Azərbaycan vasitəsilə sərfəli bazarlara çıxış əldə edir. Bu Azərbaycanın da maraqlarına cavab verir. Çünki bununla həm də bizim qeyri-neft sektorumuz inkişaf edir. Belarus həm də Azərbaycanın enerji resurslarından yararlanmaqda maraqlıdır".

Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Azərbaycan-Belarus münasibətləri həmişə fəqli səviyyədə olub: "Prezident Lukaşenkonun fərdi şəxsiyyəti onun prezidentlik idarəçiliyində də özünü bariz şəkildə göstərib. Azərbaycan hər zaman Belarusa çətin vaxtlarında dəstək göstərib. Belarus son vaxtlar Polşa və Baltikyanı ölkələrlə münasibətlərini sıxlaşdırmışdı. Ölkənin istiqaməti bu yöndə idi. Ancaq indi bu münasibətlərdə durğunluq mövcuddur. Məhz bu əlaqələr hesabına Belarus informasiya texnologiyaları sahəsində yüksək inkişaf əldə etmişdi".

Politoloq bildirib ki, bu gün Azərbaycan-Belarus münasibətlərində iqtisadi maraqlar daha qabarıq formada önə çıxır.

"Azərbaycan Qarabağın bərpasını həyata keçirir. Burada etibarlı tərəfdaşlara ehtiyac var. Bu səfər göstərir ki, bu gün Azərbaycan-Belarus münasibətləri tamam yeni keyfiyyətdədir. Aprelin sonunda Belarusda Avrasiya İqtisadi Birliyinin sammiti keçiriləcək. Erməni mətbuatı iddia edir ki, Azərbaycan bu sammitdə müşahidəçi kimi iştirak etmək istəyir, lakin Ermənistan hökuməti buna qarşıdır. Bütün bu baş verən proseslər münasibətlərimizin yeni xarakterindən xəbər verir".

Politoloq qeyd edib ki, Belarus KTMT çərçivəsində Ermənistanın Azərbaycana qarşı ambisiyalarına qarşı çıxan iki ölkədən biri idi. Bu baxımdan Belarus prezidentinin səfərini və bu səfər zamanı səsləndirdiyi fikirləri yüksək qiymətləndirir.

"Belarus həm də dağlıq Qarabağla bağlı məsələlərin siyasi tərtibatında önəmli rol oynayıb. Burada prezident Lukaşenkonun müstəsna rolunu qeyd etməliyik. Belarusla əməkdaşlıq həm bizim, həm də bu ölkənin maraqlarına cavab verdiyi üçün faydalıdır", - deyə Əhmədoğlu əlavə edib. 

3
İnsanların kölgəsi, arxiv şəkli

Gecə yarısı qoca qadının əl-ağzını bağlayanların başqa cinayətləri üzə çıxdı

2
(Yenilənib 17:26 15.04.2021)
Balakən rayonu Katex kəndində iki nəfər tək yaşayan ahıl qadının evinə daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər.

BAKI, 15 aprel — Sputnik. Gecə saatlarında iki nəfər maskalı şəxs Balakən rayonu Katex kəndində tək yaşayan ahıl qadının evinə daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər. Məqsədlərinə nail olduqdan sonra qadına xəsarət yetirib oradan uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən quldurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri – Nicat Teneşov və Samir Abdulhəmidov tutularaq istintaqa təqdim ediliblər. Quldurluq yolu ilə ələ keçirdikləri qızılların bir qismi onlardan maddi sübut kimi götürülüb.

Davam etdirilən araşdırmalarla N.Teneşovun 5 il əvvəl – 2016-cı ilin aprel-may aylarında yaşadığı Katex kəndi ərazisində daha 3 fərdi yaşayış evindən ümumi dəyəri 10 min manata yaxın olan qızıl-zinət əşyaları, 4 min manat pul və 15 min rus rublunu oğurladığı, izi itirmək üçün isə həmin evləri yandırdığı məlum olub.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

2