Torpaq

On səkkiz min hektar torpaq BŞİH-nin idarəçiliyinə qaytarılacaq

30
(Yenilənib 12:32 10.03.2021)
Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində yerləşən 18 min hektar torpaq sahəsi müəyyən edilib və onun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması təklif olunub.

BAKI, 10 mart — Sputnik. Abşeron rayon İcra Hakimiyyətinin istifadəsindən Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması nəzərdə tutulan ərazilərin müəyyənləşdirilməsi işlərinə başlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, həmin ərazilərin sərhədləri yerquruluşu qaydasında müəyyən edilərək, onlara dair hüquqların mövcudluğunun real vəziyyətlə müqayisə edilməsi nəzərdə tutulub. Bununla əlaqədar qeyd olunan ərazilər haqqında ilkin mərhələdə elektron formada məlumatlar əldə edilib. Aparılmış monitorinqlər nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində olan və Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində yerləşən 18 min hektar torpaq sahəsi müəyyən edilib və Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması təklif olunub.

Hesabatda bildirilir ki, məsələnin həlli ilə əlaqədar torpaq sahələrinə dair təqdim edilmiş məlumatların araşdırılması, inventarlaşma işlərinin həyata keçirilməsi və torpaqların səmərəli istifadəsi ilə bağlı yekun rəyin hazırlanması məqsədilə adiyyatı qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılmasının məqsədəuyğunluğu barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara müraciət edilib.

30
Teqlər:
Azərbaycan Respublikası Nazirlər Kabineti, torpaq sahələri, sənədsiz torpaq, torpaq, BŞİH, Abşeron rayonu, Abşeron
Əlaqədar
Hökumət sənədsiz evlərin inventarlaşmasını aparır

İsraillilər dua edərkən tribuna çökdü - VİDEO

5
(Yenilənib 23:05 16.05.2021)
İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb, xeyli adam yaralanıb. Hadisə yerindən video sosial şəbəkələrdə yayılıb.

KİV-in məlumatına görə, hadisə zamanı yaralananların sayı artıq 160 nəfəri ötüb. İki nəfərin həlak olduğu deyilir. Daha altı nəfərin vəziyyəti ağırdır. 

Hüquq mühafizə orqanları dini ayin keçirilən zaman bütün təhlükəsizlik qaydalarına riayət olunub-olunmamasını araşdırır.

5
Teqlər:
yaralılar, çökmə, tribuna, sinaqoq, İsrail

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

7
Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

BAKI, 16 may - Sputnik. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı APA yerli sakinlərə istinadən yayıb. Xəbərə görə, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Eləcə də oxuyun:

Tbilisidə Azərbaycan və Türkiyə əleyhinə təxribat baş verib

* "Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" – Millət vəkili

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

 

7
Teqlər:
azərbaycanlılar, Gürcüstan, dava