CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Doxsan doqquz yaşında təşkilata sədr seçilən qadın uzunömürlü olmağının sirrini açdı

© Sputnik / Nigar IskanderovaFatma Səttarova
Fatma Səttarova - Sputnik Azərbaycan, 1920, 08.03.2021
Abunə olmaq
Fatma Səttarova: "Həyatımın qayəsi xeyirxahlıq olub. Məqsədim ancaq o olub ki, Vətənimə xidmət edim, xalqım üçün çalışım. Bu da mənə yaşamaq eşqi verir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Ötən ay Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatına yeni sədr seçildi. Respublika Veteranlar Təşkilatının 98 yaşlı sədri Tofiq Ağahüseynov səhhəti ilə əlaqədar vəzifəsindən azad olunaraq onun yerinə 99 yaşlı, İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova təyin edildi.

Sputnik Azərbaycan ömrünün 99-cu baharını yaşayan təşkilat sədri Fatma Səttarova ilə müsahibəni təqdim edir.

- Fatma xanım, öncə sizi təşkilata sədr seçilməyiniz münasibətilə təbrik edirik. Bu yaşda təşkilat sədri olmaq sizin üçün çətin deyil ki?

- Mənim buraya təyinatımla bağlı prezidentimiz İlham Əliyev tərəfindən göstəriş verilib. Bu yaşda bu vəzifənin öhdəsindən gəlmək mənim üçün qəti çətin deyil. Mənim yaxşı, bacarıqlı köməkçim var. O mənə işlərimdə kömək edir. Bundan əlavə, bu təşkilatda 50-dən yuxarı işçi var.

© Sputnik / Zulfiyya GuluyevaFatma Səttarova
Doxsan doqquz yaşında təşkilata sədr seçilən qadın uzunömürlü olmağının sirrini açdı - Sputnik Azərbaycan, 1920, 08.03.2021
Fatma Səttarova

- Təşkilatın fəaliyyəti ilə bağlı oxucularımıza məlumat qısa verərdiniz...

- Bizim təşkilat Böyük Vətən Müharibəsi (1941-1945) iştirakçıları ilə bağlı yaradılıb. Elə üzvləri də bu müharibədə iştirak etmiş Azərbaycan vətəndaşlarıdır.

- Fatma xanım Azərbaycan ordusu Vətən müharibəsində 28 illik işğala son qoyaraq zəfər çaldı. Müharibənin od-alovunu görmüş bir insan kimi ordumuzun qalibiyyət qazanması barədə sizin də fikrinizi bilmək maraqlı olardı.

- 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı 44 günə işğaldan azad etdik. 44 gündə prezidentimiz Ali Baş Komandanın əynindən əsgər paltarı çıxmadı. Bu qalibiyyət Azərbaycan ordusunun güclü olduğunu bir daha təsdiqlədi.

- İnanırdınızmı 28 il işğal altında qalan torpaqlarımız 44 günə azad edilər? Ümumiyyətlə, müharibə gedən dövrdə qələbə xəbərlərini eşidəndə hansı hissləri keçirirdiniz?

- Mən həmişə işğalda olan torpaqlarımızın azad ediləcəyinə inanmışam. Son 15 ildə bizim ordumuz Qarabağın işğaldan azad olunması ilə bağlı hazırlıqlar aparırdı. Ali Baş Komandan tərəfindən əmr verildi, ordumuz Şuşaya qədər gedib çıxdı, torpaqlarımızı yağı tapdağından azad etdi. Bizim əsgərlərimiz sıldırım qayaları çıxıb hücuma keçdilər. Çünki bizim ordu buna hazır idi. Biz onları iti qovan kimi öz torpağımızdan qovduq. İndi Qarabağın təmizliyinə, dirçəldilməsinə başlayırıq.

Müharibə olduğu müddətdə mən hər gün televizorda xəbərləri izləyirdim. Mən leytenantam, bilirdim ki, biz qalib gələcəyilk. Hər alınan rayona görə sevincimin həddi-hüdudu yox idi. Biz ancaq qalib gəlmək üçün döyüşə başlamışdıq.

© Sputnik / Nigar IskanderovaFatma Səttarova
Doxsan doqquz yaşında təşkilata sədr seçilən qadın uzunömürlü olmağının sirrini açdı - Sputnik Azərbaycan, 1920, 08.03.2021
Fatma Səttarova

- Yeri gəlmişkən, sizin təşkilatın son iclasında Prezidentin köməkçisi Hikmət Hacıyev çıxış edərək sizin qurumun üzərinə Vətən müharibəsi iştirakçıları ilə bağlı yeni vəzifələrin düşdüyünü, Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin də bu qurumun fəaliyyətinə cəlb olunmasının vacibliyini söylədi. Bu istiqamətdə hansı işlər görüləcək?

- Tamamilə doğru vurğuladınız. Böyük Vətən Müharibəsi iştirakçılarının çoxu dünyasını dəyişib, Azərbaycanda bu müharibədə iştirak edən qadınlardan bir mən qalmışam. Bizim məqsədimiz Vətən müharibəsi iştirakçılarını və yaralı qazilərimizi bu təşkilata cəlb etməkdir. Bundan sonra biz Vətən müharibəsi iştirakçıları və əlillərinin qayğıları ilə məşğul olacağıq. Bütün rayonlarda təşkilatın bir şöbəsi var. Təzəlikcə icra hakimiyyətləri nəzdində də bizə şöbə ayırıblar. Biz orada da fəaliyyət göstəririk.

- Belə çıxır ki, təşkilatın fəaliyyətində yeni mərhələ başlayır... Bəs Vətən müharibəsi iştirakçılarının bu təşkilata cəlb edilməsi prosesi necə aparılacaq?

- Biz axtarırıq, harada müharibə iştirakçısı, əlili var, onları bu təşkilata cəlb edirik. Onların hüquqları izah edilir. Bütün problemləri öyrənilir. Ola bilsin ki, kiminsə evə ehtiyacı var, ola da bilsin ki, kiminsə səhhəti ilə bağlı problemləri var. Nə qədər bizim təşkilat var, biz Vətən müharibəsi qaziləri ilə birgə çalışacağıq. Onların problemləri ilə bağlı aidiyyatı qurumlara müraciət edirik. Onları lazımi instansiyalara yönəldirik. Gələcəkdə Vətən müharibəsi iştirakçılarının bu təşkilatda işlə təmin edilməsi də nəzərdə tutulub.

© Sputnik / Nigar IskanderovaFatma Səttarova
Doxsan doqquz yaşında təşkilata sədr seçilən qadın uzunömürlü olmağının sirrini açdı - Sputnik Azərbaycan, 1920, 08.03.2021
Fatma Səttarova

- Fatma xanım, sözün düzü, bu yaşda bu qədər işi, məsuliyyəti öz üzərinizə götürməyiniz bizi heyran qoydu. Mümkünsə, uzunömürlüyünüzün sirrini bizimlə bölüşərdiniz.

- Uzunömürlü olmağımın sirri ömrümü zəhmətlə keçirməyimdir. Ömür yolumu xalqıma, Vətənimə, uşaqlarıma xidmətlə keçirmişəm və buna da davam edirəm. Həyatımın qayəsi xeyirxahlıq olub. Məqsədim ancaq o olub ki, Vətənimə xidmət edim, xalqım üçün çalışım. Bu da mənə yaşamaq eşqi verir... On üç nəvəm, qırxa yaxın nəticəm var. Mənim ata nənəm 113 il yaşayıb. Görünür, uzunömürlülük bizdə həm də irsidir.

- Pandemiya dövründə, belə bu yaşda olmağınıza baxmayaraq işinizin başındasınız. Səhhətinizdə bir problem yoxdur ki?

- Ürək xəstəliyim var. Yaş və xəstəliklə bağlı səhhətimdə problem yaranan kimi həkimə müraciət edirəm. Həkimlərin tövsiyəsinə ciddi əməl edirəm...

© Sputnik / Zulfiyya GuluyevaFatma Səttarova
Doxsan doqquz yaşında təşkilata sədr seçilən qadın uzunömürlü olmağının sirrini açdı - Sputnik Azərbaycan, 1920, 08.03.2021
Fatma Səttarova
Xəbər lenti
0