BAKI, 7 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilən Füzuli rayonunun Qarakollu kəndindən yeni videogörüntülər hazırlayıb.
Qeyd edək ki, Qarakollu kəndi 1993-cü il iyulun 2-də işğal edilib. Kənd 14 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində erməni işğalçılarından təmizlənib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin Qarakollu kəndindən hazırladığı ən son videogörüntüləri təqdim edir.
BAKI, 12 aprel — Sputnik. Ukrayna Donbasa hücum etməyi planlaşdırmır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Medel bildirib.
"Məsələ bundadır ki, Ukrayna sadəcə öz ərazisinə hücum edə və öz insanları ilə mübarizə apara bilməz", - deyə Medel qeyd edib.
Medel bildirib ki, rəsmi Kiyev əmindir ki, sülhə yalnız danışıqlar yolu ilə gəlmək olar: "Məhz buna görə, biz "Normand formatında" danışıqlara nail olmağa çalışırıq və bütün mümkün diplomatik yollarla sülhə doğru irəliləyəcəyik".
BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.
Bu barədə məlumat Sputnik Azərbaycan-a MTRŞ-dan verilib. Məmməd Cəfərov bu gün torpağa veriləcək.