Vilayət Eyvazov polis rəisinin yerini dəyişdi

19
(Yenilənib 09:57 07.03.2021)
Vilayət Eyvazovun digər əmiri ilə F.İsmaylov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti bölməsinə komandir təyin edilib.

BAKI, 7 mart - Sputnik. Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) rəisi vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə polis mayoru Fəqan İsmayılov Şəmkir rayon DYPB-nin rəisi vəzifəsindən azad olunub.

Vilayət Eyvazovun digər əmiri ilə F.İsmaylov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti bölməsinə komandir təyin edilib.

Hələlik Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat olmayıb. 

19
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan gecə ilə Zəngəzura getdi

3
Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan: "Biz Baş nazirlə Şurnuxuda bir neçə evi ziyarət etdik. Gözləmirdilər".

BAKI, 21 aprel — Sputnik. Ermənistan Baş naziri Nikol Paşiyan və parlamentin vitse-spikeri Alen Simonyan dünən axşam saatlarında ölkənin Sünik (Zəngəzur) vilayətinə səfər edib. Sputnik Ermənistan xəbər verir ki, parlamentin vitse-spikeri Alen Simonyan öz "Facebook" səhifəsində bildirib.

"Biz Baş nazirlə Şurnuxuda bir neçə evi ziyarət etdik. Gözləmirdilər", - yazan Simonyan, həmçinin foto da paylaşıb.

Qeyd edək ki, bu ilin yanvarın 5-i Şurnuxu kəndinin 11 evi Azərbaycanın nəzarətinə keçib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

3
Televizor pultu

Zaurun verilişinin yayımı dayandırıldı - Dörd min cərimə iddiası qaldırıldı

4
(Yenilənib 11:14 21.04.2021)
3000 manatdan - 4000 manatadək cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.

BAKI, 21 aprel — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. İclasda 20 aprel 2021-ci il tarixdə "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" proqramına dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlar üzrə məsələyə baxılıb.

Sputnik Azərbaycan MTRŞ-a istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurası "ATV" televiziya kanalı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməsinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 33-cü, və 40.2.2-2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.11-1-ci bəndini rəhbər tutaraq "ATV" televiziya kanalının efirində 21 aprel 2021-ci il tarixdə "Bizimləsən" proqramının yayımının dayandırılması, "ATV" televiziya kanalı tərəfindən, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlanmasının təmin olunması haqqında qərar qəbul edib.

Həmçinin, "ATV" televiziya kanalının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən 3000 manatdan - 4000 manatadək (üç min manatdan dörd min manatadək) cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq rayon məhkəməsinə göndərilib.

4