Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 1 mart — Sputnik. Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda tıxac yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, tıxac hazırda Sumqayıtdan Bakıya gedən istiqamətdə yaşanır.
Tıxacın qarşısının alınması istiqamətində tədbirlər görülürsə də, insanlar yollarda qalıb. Yaranmış mənzərə göstərir ki, Bakı-Sumqayıt yolunda tıxac əleyhinə yolun enləndirilməsi ilə bağlı aparılan tədbirlər effekt vermir. Sputnik Azərbaycan mövzunu davam etdirəcək.
Müdafiə Nazirliyi Zəngilan rayonunun Nəcəflər kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan görüntüləri təqdim edir.
Nəcəflər Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənddir.
Nəcəflər kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi nəcəflər nəslinin məskunlaşması nəticəsində yarandiğına görə həmin nəslin adi ilə adlandırılıb.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Nəcəflər kəndi üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq azad edilib.
“25-59 yaşlılarda koronavirusa yoluxma faizi qorxuducu şəkildə artır. Amma bununla belə dünya qarşıdakı aylarda qlobal pandemiyanı nəzarət altına almaq imkanına malikdir”. Bunu ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus deyib.
Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, yoluxma sayında sürətli artım demək olar dünyanın hər yerində qeydə alınır: “Vaksinasiya və immunizasiyanın getməsinə baxmayaraq yoluxma da artır. Ancaq düşünürəm ki, bu pik nöqtənin enişi də olacaq. Biz kollektiv immunitetə doğru gedirik. Bu isə cəmiyyətin infeksiyaya qarşı həssaslığının itməsi ilə nəticələnəcək. Bir müddət sonra isə infeksiyanın tədricən yoxa çıxması müşahidə ediləcək”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz