Qəbələ qar yağandan sonra

Faktiki hava barədə məlumat verildi

11
Neft Daşları stansiyasından verilən məlumata əsasən, dənizdə dalğanın hündürlüyü 2,5 metrədək aşağı enib.

BAKI, 25 fevral — Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, şimal-qərb küləyi tədricən 10-14 m/s-dək mülayimləşib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrədək aşağı enib.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 48, Qubada 20, Altıağacda 19, İsmayıllı, Lerikdə 18, Daşkəsəndə 16, Şirvan, Ağsu, Qəbələ, Qobustanda 14, Oğuz, Xaltanda 13, Lənkəran, Qrız, Göygöldə 12, Astarada 11, Kişçay (Şəki), Gədəbəydə 9, Tərtərdə 8, Zərdab, Bərdədə 7, Göyçay, Qusar, Gəncə, Yardımlıda 5, Göytəpə, Zaqatala, İmişli, Ağdamda 4, Mingəçevirdə 3, Ağstafa, Şəki, Naftalan, Şəmkir, Ceyrançöldə 2, Kürdəmir, Tovuzda 1, Bakıda 17, Maştağa, Pirallahıda 3 sm olub.

11

Bakıda minik maşını avtobusa çırpılıb, yaralı var

2
(Yenilənib 23:24 14.04.2021)
Nərimanov rayonunda dayanacaqda saxlamış "Bakubus" MMC-yə məxsus avtobusa yüksək sürətlə hərəkət edən minik maşını çırpılıb.

BAKI, 14 aprel - Sputnik. Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

“Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda duran zaman yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

 

2
Teqlər:
"BakuBus" MMC, yaralı, avtobus, qəza
ABŞ əsgəri Əfqanıstanda, arxiv şəkli

NATO ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir

5
(Yenilənib 23:21 14.04.2021)
Bu gün ABŞ da qoşunlarını Əfqanıstandan çıxarmaq barədə qərar verib. Prosesin mayda başlanıb, sentyabrda bitirilməsi planlaşdırılır.

BAKI, 14 aprel - Sputnik. NATO ölkələrinin xarici işlər və müdafiə nazirliklərinin rəhbərləri qoşunların Əfqanıstandan çıxarılmasına başlanması barədə razılığa gəliblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı DPA agentliyi diplomatik mənbələrə istinadən yayıb.

Qeyd olunur ki, bu qərar NATO ölkələrinin xarici işlər və müdafiə nazirlikləri rəhbərlərinin videokonfransında qəbul olunub.

Alyans prosesi mayın 1-dən başlayaraq bir neçə ay ərzində bitirmək niyyətindədir. Bu barədə NATO-nun bəyanatında deyilir.

Bu gün ABŞ da qoşunlarını Əfqanıstandan çıxarmaq barədə qərar verib. ABŞ Prezidenti Cozef Bayden proses zamanı amerikalı əsgərlərə hücum ediləcəyi təqdirdə taliblərə sərəncamında olan "bütün alətlər" vasitəsilə cavab verəcəyi ilə hədələyib. 

"Belə nəticəyə gəldim ki, tariximizdəki ən uzun müharibəni bitirmək və Amerika ordusunu evinə qaytarmaq lazımdır", - xalqa müraciətində ABŞ lideri bildirib.

"Tək mənim özümün razılaşacağım bir situasiya deyil, ancaq razılaşmaya sadiq qalacağam və ABŞ mayın 1-dən etibarən 11 sentyabr terror aktının 20-ci ildönümünədək qoşunlarını Əfqanıstandan çıxaracaq. Tələsməyəcəyik, bunu məsuliyyətlə, götür-qoy edərək, təhlükəsizliyi gözləyərək edəcəyik və proses tərəfdaş və partnyorlarımızla tam koordinasiya şəraitində keçiriləcək", - Bayden deyib. 

"Biz bölgədəki digər ölkələrdən, ilk növbədə Pakistan, Rusiya, Çin, Hindistan və Türkiyədən Əfqanıstanı dəstəkləmək üçün daha çox səy göstərmələrini xahiş edəcəyik. Onların hamısı Əfqanıstanın gələcəyinə əhəmiyyətli yatırım edib", - ABŞ Prezidenti əlavə edib.

5
Teqlər:
ABŞ, Əfqanıstan, NATO