CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollarda vəziyyətlə bağlı BDYPİ-dən açıqlama

© Sputnik / Zulfiyya GuluyevaQar yağandan sonra Bakıda vəziyyət
Qar yağandan sonra Bakıda vəziyyət - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Abunə olmaq
Ötən gündən indiyədək respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 12 yol-nəqliyyat hadisəsi baş verib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Respublikanın avtomobil yollarında yol hərəkəti iştirakçılarının hərəkəti üçün ciddi bir roblem yoxdur. Dünən buzlaşma olan yollarda bu gün hərəkət bərpa edilib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib.

Onun sözlərinə görə, hava şəraiti ilə əlaqədar olaraq ötən gündən indiyədək respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 12 yol-nəqliyyat hadisəsi baş verib. Baş vermiş qəzalar nəticəsində 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Xəbər lenti
0