Jerar Depardye, arxiv şəkli

Jerar Depardye təcavüzdə günahlandırıldı

10
(Yenilənib 09:08 25.02.2021)
Adının açıqlanmasını istəməyən 22 yaşlı aktrisa məhkəməyə müraciət edərək yaxından tanıdığı Jerar Depardyenin 2018-ci ilin yayında ona təcavüz etdiyini bildirib.

BAKI, 25 fevral — Sputnik. Məşhur aktyor Jerar Depardye Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorlama və cinsi təcavüzdə ittiham olunur.

Sputik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən 22 yaşlı aktrisa məhkəməyə müraciət edərək yaxından tanıdığı Jerar Depardyenin 2018-ci ilin yayında ona təcavüz etdiyini bildirib.

Aktyor isə ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edərək günahsız olduğunu açıqlayıb.

10
PPX avtomobili

Daha iki koronavirus xəstəsinə cinayət işi açılıb

0
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

0
Kosmos

Rəşad Nəbiyev: "Azərbaycan dünya kosmik sənayesinin üzvünə çevrilib"

2
"Peyklərimiz dünya kosmik ailəsində layiqli yerimizi təmin edib", - rabitə və yüksək texnologiyalar naziri qeyd edib.

BAKI, 12 aprel — Sputnik. "Bu gün insanın kosmosa ilk uçuşundan 60 il ötür".

Sputnik Azərbaycan xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.

"Çox sevinirəm ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya kosmik sənayesinin üzvünə çevrilib. Peyklərimiz dünya kosmik ailəsində layiqli yerimizi təmin edib", - Rəşad Nəbiyev qeyd edib.

2