Bakıda qar, 24 fevral 2021-ci il

Soyuq havalarda sığınacağa yerləşdirilənlərin sayı açıqlandı

21
(Yenilənib 16:31 24.02.2021)
Hazırda sığınacaqda 61 sakin var. Onlardan 52 nəfər 18 yaşdan yuxarı, 9 nəfər isə 4-18 yaş qrupunda olanlardır.

BAKI, 24 fevral — Sputnik. Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə son iki gündə daha 6 nəfər yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a Agentlikdən məlumat verilib.

Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar hazırda müəssisə gücləndirilmiş iş rejimində işləyir. Aidiyyəti qurumlardan və vətəndaşlardan müəyyən yaşayış yeri olmayan, baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə olan şəxslərlə qarşılaşdıqda Sosial Xidmətlər Agentliyinin hər gün və 24 saat fəaliyyət göstərən (012) 550 39 08 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 4-18 yaşa qədər və 18 yaşdan yuxarı şəxslər üçün bölmələr, həmçinin pandemiya ilə əlaqədar karantin bölməsi fəaliyyət göstərir.

Hazırda sığınacaqda 61 sakin var. Onlardan 52 nəfər 18 yaşdan yuxarı, 9 nəfər isə 4-18 yaş qrupunda olanlardır.

Müəssisəyə qəbul olunanlar burada yaşayış yeri, gündə 3 dəfə qidalanma və reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.

21
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

9
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

9
Teqlər:
Nyu-York, moda
Lil Nas X, arxiv şəkli

Dizaynında insan qanı istifadə olunan "İblis ayaqqabıları" satışdan çıxarıldı

6
Xatırladaq ki, rep ifaçısı Lil Nas X "Satanic Shoes" ("İblis ayaqqabıları") adı altında 666 cüt idman ayaqqabısı istehsal edib. İdman ayaqqabısı "Nike Air Max 97"-yə bənzəyir.

BAKI, 10 aprel — Sputnik. "İblis ayaqqabıları"nın satıcısı "Nike"ın məhkəmə iddiasından sonra onun satışdan geri çağırılmasına razılıq verib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, ödədikləri pullar alıcılara geri qaytarılacaq.

Xatırladaq ki, rep ifaçısı Lil Nas X "Satanic Shoes" ("İblis ayaqqabıları") adı altında 666 cüt idman ayaqqabısı istehsal edib. İdman ayaqqabısı "Nike Air Max 97"yə bənzəyir, sadəcə altlıq hissədə hava qabarcığı mürəkkəbə qarışmış bir damla qan ilə doldurulub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Vince Hizon (@vincehizon12)

Bununla əlaqədar olaraq "Nike" məhkəməyə müraciət edib və həmin idman ayaqqabıların satışının müvəqqəti qadağan olunmasına nail olub.

6