Bakı metrosunda gənc kitab oxuyur, arxiv şəkli

Mütaliə sevərlər, bu xəbər sizin üçündür

15
Nəşr seriyasının ilk müjdəçisi – dünya şöhrətli Avstriya yazıçısı Frans Kafkanın orijinaldan tərcümə edilmiş roman, hekayə və gündəliklərinin toplandığı ikicildlik "Seçilmiş əsərləri" yaxın günlərdə oxucuların ixtiyarına veriləcək.

BAKI, 23 fevral — Sputnik. Dövlət Tərcümə Mərkəzi ölkədə mütaliə zövqünün formalaşması, dünya ədəbiyyatının klassik və müasir nümunələrinin Azərbaycan oxucusuna mükəmməl tərcümədə çatdırılması məqsədilə 150 cildlik "Dünya ədəbiyyatı inciləri" seriyasının nəşrinə başlayır.

Sputnik Azərbaycan xəbər verir ki, Migel de Servantes, Akutaqava Rünoske, Fyodor Dostoyevski, Uilyam Folkner, Mixail Bulqakov, Alber Kamyu, Herman Hesse, Cerom Selincer, Qabriel Qarsia Markes kimi dünya ədəbiyyatı korifeylərinin əsərlərini təqdim edəcək nəşr silsiləsi Qərbi Avropa, ABŞ və Latın Amerikası ədəbiyyatının seçmə nümunələri ilə yanaşı, Şərqi Avropa, Asiya və postsovet ölkələrinin aparıcı ədəbiyyatlarını da əhatə edəcək.

Nəşr seriyasının ilk müjdəçisi – dünya şöhrətli Avstriya yazıçısı Frans Kafkanın orijinaldan tərcümə edilmiş roman, hekayə və gündəliklərinin toplandığı ikicildlik "Seçilmiş əsərləri" yaxın günlərdə oxucuların ixtiyarına veriləcək.

15
Здание посольства Ирана в Баку

İran səfirliyi Azərbaycan qadınlarını təbrik edib

2
(Yenilənib 17:43 08.03.2021)
"Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xüsusi təbriklərimizi və Qarabağ müharibəsinin məğrur şəhidlərinin analarına, həyat yoldaşlarına, bacılarına və qızlarına ən səmimi təbriklərimizi çatdırırıq"

BAKI, 8 mart - Sputnik. İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ölkəmizin xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Sputnik Azərbaycan-ın məlumatına gprı, bu barədə səfirlik rəsmi Twitter səhifəsində paylaşım edib.

“Azərbaycanın bütün xanımlarını, analarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xüsusi təbriklərimizi və Qarabağ müharibəsinin məğrur şəhidlərinin analarına, həyat yoldaşlarına, bacılarına və qızlarına ən səmimi təbriklərimizi çatdırırıq”, - deyə səfirliyin tvitində bildirilir.

2
Müğənni Rəsul Əfəndiyev

"Ay anası olanlar..." Azərbaycanlı müğənnidən təsirli mahnı - VİDEO

2
(Yenilənib 16:48 08.03.2021)
Rəsul Əfəndiyevin analara həsr etdiyi yeni layihəsində əsas rolu teleaparıcı, Azərbaycanın Əməkdar artisti Nailə İslamzadə canlandırıb

BAKI, 8 mart - Sputnik. Müğənni Rəsul Əfəndiyev bütün analara həsr etdiyi mahnısını təqdim edib. 

Müğənni Sputnik Azərbaycan-a bildirib ki, "Ana" mahnısının sözlərini Rafael Qədirov, musiqisini isə Fərid Kərimli yazıb. Mahnının lentə alınmasında kamançaçı Elnur Kərimov, Kənan Tərlanoğlu (ud) və balabançı Nurlan Bəkirov da iştirak ediblər. 

Klipin ssenarisi Kənan Bayramova məxsusdur. Klipdə əsas, ana obrazını Azərbaycanın Əməkdar artisti Nailə İslamzadə yaradıb. Qəhrəmanların obrazı üzərində dizayner Afaq İsmayılzadə işləyib. 

"Ana hər birimizin həyatında vacıb insandır. Həmişə yanımızdadır, nə etsək, dəstək olur. Onların simasında bütün Azərbaycan qadınlarını təbrik edirəm", - Əfəndiyev deyib. 

Rəsul Əfəndiytev gənc ifaçılar arasında özünəməxsus yer tutur. O, Xalq artisti Aygün Kazımova ilə duetindən sonra məşhurlaşdı, hazırda da Kazımova ilə işbirliyini davam etdirir.

2
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, müğənni, ana, mahnı, video, klip