Gəncədə uşaq, arxiv şəkli

Valideynlərini itirmiş övladlığa götürülən uşaqlar pulsuz təhsil alacaqlar

11
(Yenilənib 21:18 23.02.2021)
Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayacaqlar

 

BAKI, 23 fevral — Sputnik. Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında", "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları", "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları" və "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən, Azərbaycan Respublikasının vətəndaşları üçün rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya ödənişli əsaslarla qəbul olunurlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində rezidenturada ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayacaqlar. Övladlığa götürülən valideynlərini itirmiş uşaqlar magistratura və bakalavrda da ödənişsiz təhsil alacaqlar.

11
Pəncərə yanında adam, arxiv şəkli

Bakıda kişi intihar edib

1
(Yenilənib 16:17 08.03.2021)
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı kişi özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

BAKI, 8 mart - Sputnik. Bu gün Bakıda intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı Salman Fərmanov özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

1
Teqlər:
intihar, kişi, Bakı
Bakının mərkəzi küçələrindən biri, arxiv şəkli

"8 Marş" baş tutmadı

6
(Yenilənib 16:06 08.03.2021)
Polis əməkdaşları şəhər icra hakimiyyəti tərəfindən razılaşdırılmayan aksiyanın qarşısını dərhal alıblar.

BAKI, 8 mart - Sputnik. Bu gün bir qrup qadın paytaxtın mərkəzində "8 Marş" adı altında aksiya keçirməyə cəhd edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları şəhər icra hakimiyyəti tərəfindən razılaşdırılmayan aksiyanın qarşısını dərhal alıblar.

Aksiyaya cəhd edən bir neçə xanım isə ərazidən uzaqlaşdırılıb.

6