Fəxri Xiyaban

Yalçın Rzazadə niyə Fəxri Xiyabanda dəfn edilməyib?

235
Xalq artisti Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Lənkəranın Liman qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Xalq artisti Yalçın Rzazadənin nəşi bu gün dəfn məqsədilə Lənkərana aparılıb. Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xalq artisti bu gün saat 16:00-da Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Lənkəranın Liman qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək. Artıq Lənkəranda dəfnlə bağlı hazırlıq işləri görülüb.

Mədəniyyət Nazirliyinin Mətbuat xidməti Xalq artistinin niyə Fəxri Xiyabanda dəfn olunmamasını şərh etməyib. Lakin Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Nazirlik mərhumun ailə üzvlərinə Fəxri Xiyabanda yer olmadığını bildirib. Lənkəranda dəfn ideyası isə müğənninin ailəsinə məxsusdur.

"Bu barədə atamın hər hansı vəsiyyəti olmayıb. Sadəcə biz fikirləşdik ki, Fəxri Xiyabanda dəfn edilməyəcəyi təqdirdə onu Lənkəranda - ata və anasının yanında dəfn edək", - deyə Xalq artistinin oğlu Orxan Rzazadə bildirib.   

Mərhumla evində keçirilən vida mərasiminə isə Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin qatılmaması və əklilin göndərilməməsi diqqət cəlb edib. Mərasimdə yalnız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi əklili olub.  

Xalq artisti Yalçın Rzazadə ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini, 1973-cü ildə isə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. Bununla yanaşı, karate ilə məşğul olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub.

235
Pəncərə yanında adam, arxiv şəkli

Bakıda kişi intihar edib

0
(Yenilənib 16:17 08.03.2021)
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı kişi özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

BAKI, 8 mart - Sputnik. Bu gün Bakıda intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində 35 yaşlı Salman Fərmanov özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

0
Teqlər:
intihar, kişi, Bakı
Bakının mərkəzi küçələrindən biri, arxiv şəkli

"8 Marş" baş tutmadı

6
(Yenilənib 16:06 08.03.2021)
Polis əməkdaşları şəhər icra hakimiyyəti tərəfindən razılaşdırılmayan aksiyanın qarşısını dərhal alıblar.

BAKI, 8 mart - Sputnik. Bu gün bir qrup qadın paytaxtın mərkəzində "8 Marş" adı altında aksiya keçirməyə cəhd edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları şəhər icra hakimiyyəti tərəfindən razılaşdırılmayan aksiyanın qarşısını dərhal alıblar.

Aksiyaya cəhd edən bir neçə xanım isə ərazidən uzaqlaşdırılıb.

6