Məmur stolu

Deputat yeni vəzifəyə təyin edildi

18
Deputatlar 102 saylı Samux-Şəmkir seçki dairəsindən seçilmiş millət vəkili Nizami Səfərovun Şuraya üzv təyin edilməsi məsələsinə baxıblar.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Nizami Abdulla oğlu Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında" sənəd Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Nizami Səfərov Milli Məclisin deputatıdır.

Bundan öncə Şuranın üzvü millət vəkili Ziyafət Əsgərov olub.

18

Gəncədə polis vətəndaşlara xəbərdarlıq edib

3
(Yenilənib 20:08 08.03.2021)
Dövlət Yol Polisi Şöbəsi qarlı havada təcrübəsi az olan sürücülərə avtomobili idarə etməməyi tövsiyə edib. 

BAKI, 8 mart - Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi qeyri sabit hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Dövlət Yol Polisi Şöbəsi qarlı havada təcrübəsi az olan sürücülərə avtomobili idarə etməməyi tövsiyə edib: 

"Sürücülər mövcud şəraiti nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".

Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb. DYP şöbəsindən bildirib ki, sürücülər qarlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Həmçinin sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır.

Hava şəraiti ilə bağlı şəhərdə avtomobillərin hərəkətində çətinlik qeyd alınmayıb. Yol polisin əməkdaşları şəhərin küçə və prospektlərində hərəkəti tənzimləyirlər. Hazırda qərb bölgəsində qarın yağması davam edir.

3

Bayram bayrama qarışıb - Bakıda Beynəlxalq Qadınlar Gününün FOTOLAR-ı

6
(Yenilənib 19:54 08.03.2021)
Buludlu hava şəraitinə baxmayaraq, bu gün "Qadınlar bayramı"nı bakılılar şəhər gəzintisi, kafe və restoranlara axışmaq, bayramlaşma, hədiyyə alıb-verməklə qeyd edir. Sputnik Azərbaycan bayram gününün Bakısından fotoreportaj hazırlayıb.

Pandemiya ilə bağlı karantin dövrünün bir sıra qaydaları qüvvədə olsa da, Bakıda 8 Mart Beynəlxalq Qadınlar günü gəzintilər və bol buketlərlə qeyd olunur. Əlbəttə ki, gözəl bir gül buketi sizi ən buludlu gündə də sevindirəcək və üzünüzə təbəssüm qonduracaq. 

Ənənəvi olaraq bu gün şəhərin hər yerində əllərində sevgililəri və sevdikləri üçün gül buketləri və hədiyyələr olan kişiləri görə bilərsiz.

Küçədə çiçək və hədiyyəlik əşyalar satanlar üçün də bu gün əsl bayramdır. Çünki çoxdandır pandemiya səbəbindən toy, nişan, ad günü, bayram mərasimləri olmadığı üçün, onların alveri o qədər də yaxşı getməyib. 

Sputnik Azərbaycan oxucularını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və bayram əhval-ruhiyyəsini fotolentlə bölüşür.

6
  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il

  • © Sputnik / Murad Orujov

    Bakıda Beynəlxalq Qadınlar Günü, 8 mart 2021-ci il