Dənzidə dalğalar, arxiv şəkli

Xəzərdə işləyənlərə xəbərdarlıq - dalğalar 7,5 metrə çatacaq

15
(Yenilənib 11:01 23.02.2021)
Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

BAKI, 23 fevral — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Sputnik Azərbaycan xəbər verir ki, Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında daxil olan məlumata əsasən, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s-dək, arabir 25-30 m/s-ə qədər, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir. Dənizdə dalğanın hündürlüyünün 2.0-4.0 metrə, sonrakı inkişafda 5.5-7.5 metrə çatacağı gözlənilir.

Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürülüb və müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə edilir.

Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görülüb.

15

İlham Əliyev: "Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq"

4
"Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın"

BAKI, 5 mart — Sputnik. Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olub. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədaləti bərpa etdi.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

İlham Əliyev bildirib: "Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir və bu gün bizim qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad edib. Biz bu tarixi missiyanı yerinə yetirdik".

Prezident İlham Əliyev qeyd edib ki, son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarında Azərbaycan xalqının bu işğalla heç vaxt barışmayacağını deyib: "Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müxtəlif çıxışlarda, müsahibələrdə müharibədən əvvəl deyirdim ki, bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi. Tarixi ədalətə cavab vermirdi və yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi və biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq".

4
Teqlər:
qurultay, Prezident İlham Əliyev
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Əli Əsədov Fuad Oktaya başsağlığı verdi

3
Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

BAKI, 5 mart — Sputnik. Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən (NK) Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

3
Teqlər:
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay, Əli Əsədov, Baş nazir, Türkiyə, Azərbaycan