CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis və DSX birgə əməliyyat keçirdi - saxlanılanlar var

© Photo : REPORTГПС Азербайджана
ГПС Азербайджана - Sputnik Azərbaycan, 1920, 22.02.2021
Abunə olmaq
Avtomobilə baxış zamanı oradan 6 kiloqram 395 qram heroin və 1 kiloqram 270 qram metamfetamin aşkar edilərək götürülüb.

BAKI, 22 fevral — Sputnik. Cəlilabad rayonunda Bakı şəhər sakinində külli miqdarda narkotik aşkarlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Həsənzadə idarə etdiyi "Toyota" markalı avtomobildə sərnişini, əvvəllər məhkum olunmuş A.Rüstəmovla birgə Ocaqlı kəndinin ərazisində saxlanılıblar.

Avtomobilə baxış zamanı oradan 6 kiloqram 395 qram heroin və 1 kiloqram 270 qram metamfetamin aşkar edilərək götürülüb.

Xəbər lenti
0