Əli və Ninonun Batumidə abidəsi, arxiv şəkli

İndi "Əli Nino"nu monteneqrolular öz dillərində oxuyacaqlar

8
(Yenilənib 00:06 19.02.2021)
Kitabı rus dilindən Monteneqro dilinə Vlado Aşanin tərcümə edib. 1990-cı ildə rus dilinə Mehdi Hüseynzadə tərəfindən tərcümə olunmuş mətndən istifadə edilib.

BAKI, 19 fevral — Sputnik. Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinin fəaliyyət planına uyğun olaraq, "Azmont Investments" şirkətinin dəstəyi ilə "Əli və Nino" kitabı Monteneqro dilinə tərcümə edilərək nəfis tərtibatda çap olunub.

Sputnik Azərbaycan xəbər verir ki, kitabı rus dilindən Monteneqro dilinə Vlado Aşanin tərcümə edib. 1990-cı ildə rus dilinə Mehdi Hüseynzadə tərəfindən tərcümə olunmuş mətndən istifadə edilib.

Kitabın seçilmiş qaydada yerli kitabxanalara və təhsil ocaqlarına paylanması, həmçinin növbəti kitab sərgisində təqdimatı nəzərdə tutulur.

8
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirus: Yoluxanların sayı bir günə iki dəfəyədək artdı

3
İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib.

BAKI, 26 fevral — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib. Hazırda 2 297 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6908, bu günə qədər isə ümumilikdə 2 583 362 test icra olunub.

Qeyd edək ki, fevralın 25-də Azərbaycanda koronavirus infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınmış, 3 nəfər “COVID-19”dan vəfat etmişdi.

3
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Erməni əsgərlərin dəbilqələri, arxiv şəkli

"Biz bütün hərbi əsirləri qaytarmışıq" - Prezident

2
(Yenilənib 15:41 26.02.2021)
Azərbaycan Prezidenti İlham Əliyev: "Ermənistan və digər ölkələr tərəfindən edilən istənilən spekulyasiyalar yersizdir"

BAKI, 26 fevral — Sputnik. "Müharibədən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan bütün əsirləri qaytarmışıq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Özü də biz əsirləri onların bizə qaytardığından qabaq vermişik. Bu adamlar isə bu kateqoriyaya daxil deyillər, onlar diversant və terrorçudurlar. Beləliklə, Ermənistan və digər ölkələr tərəfindən edilən istənilən spekulyasiyalar yersizdir", - Prezident vurğulayıb.

Dövlət başçısı digər diversiya qruplarının bölgəyə sızmayacağının təminatı olmadığını bildirib: "Ancaq biz işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyini yetərincə təmin edirik, müntəzəm reydlər, PUA-lar vasitəsilə, həmçinin vizual monitorinq keçiririk. Yəni vəziyyət tamamilə nəzarətimiz altındadır".

2
Teqlər:
Prezident İlham Əliyev, İlham Əliyev