“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, arxiv şəkli

"Azərişıq" Tarif Şurasına müraciətlə bağlı açıqlama verdi

85
(Yenilənib 10:16 19.02.2021)
“Azərişıq” ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev bəzi KİV-lərdə və sosial şəbəkələrdə elektrik enerjisi tariflərinin artırılması ilə bağlı yayılan məlumatları şərh edib.

BAKI, 18 fevral - Sputnik. “Elektrik enerjisinin ölkədaxili tariflərinin artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev bəzi KİV-lərdə və sosial şəbəkələrdə elektrik enerjisi tariflərinin artırılması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

T.Mustafayevin sözlərinə görə, “Azərişıq” elektrik enerjisi tariflərinin artırılması üçün Tarif (qiymət) Şurasına müraciət etməyib.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə və sosial şəbəkələrdə Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi tariflərinin artırılması ilə bağlı məlumatlar yayılıb. Məlumatda deyilirdi ki, Tarif (qiymət) Şurasnın qərarı ilə hər kVt/s elektrik enerjisinin qiyməti 14 qəpik olacaq.

Xatırladaq ki, hazırda əhali qrupu abunəçilər üçün 300 kVt/s-a qədər 7 qəpik, 300 kVt/s-dan artıq isə 11 qəpikdir. Qeyri əhali qrupu üçün isə qiymət hər kVt/s üçün 11 qəpikdir.

85
Teqlər:
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq" ASC, "Azərişıq"
Partlayış, arxiv şəkli

Ağdam rayonunda mina partladı, vəzifəli şəxs yaralandı

9
(Yenilənib 16:31 03.03.2021)
Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir

BAKI, 3 mart - Sputnik. Ağdam rayonunda idarə rəisi minaya düşüb.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

9
Teqlər:
yaralı, partlayış, mina, vəzifəli şəxs, Ağdam, Qarabağ
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu: "XİN başçılarının üçtərəfli görüşü ən qısa zamanda baş tutacaq"

4
(Yenilənib 16:16 03.03.2021)
Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Gürcüstanın da ərazi bütövlüyünü dəstəkləyir.

BAKI, 3 mart — Sputnik. "Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü ən qısa zamanda baş tutacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə brifinqdə deyib.

O bildirib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Gürcüstanın da ərazi bütövlüyünü dəstəkləyir.

4
Teqlər:
görüş, XİN rəhbərləri, Türkiyә, Gürcüstan, Azərbaycanlı, Mövlud Çavuşoğlu