Emin Babayev, Sputnik Azərbaycan
BAKI, 18 fevral — Sputnik. "Mən dəfələrlə döyüş əməliyyatlarının getdiyi bölgələrdə olmuşam, amma bu cür vəziyyəti təsəvvürümə gətirə bilməzdim".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Ağdama səfəri zamanı deyib.
O bildirib ki, bütün Sovet İttifaqında tanınan bir şəhəri bu vəziyyətdə görmək çox ağırdır:
"Bütün Sovet İttifaqının tanıdığı şəhər, Ağdam, demək olar ki, yoxdur. Ancaq məscid qismən salamat qalıb. O da mənə deyilənlərə görə, atəşin korreksiyası üçün saxlanılıb. Bu, lazım olmasaydı, yəqin ki, məscidi də saxlamazdılar. İndi gördüklərimi sözlə təsəvvür etmək çox çətindir. Prinsipcə, çiçəklənməli, inkişaf etməli olan şəhər dağıntılar içində qalıb".
BAKI, 5 mart — Sputnik. "Bizim qanunvericiliyə əsasən, işsiz şəxs işi və qazancı olmayan iş axtaran, işə başlamağa hazır olan, əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli şəxslər sayılır. Amma I qrup və digər əlillik qrupları heç də əmək qabiliyyətsiz sayılmır".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn "Sosial saat" verilişində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib. Onun sözlərinə görə, yalnız əmək zəmanəti olmayan şəxslər əmək qabiliyyətsiz sayılır və onlar məşğulluq tədbirlərinə cəlb oluna bilmirlər: "Əgər hər hansı vətəndaşın əlilliklə bağlı sənədində onun əmək zəmanəti ilə bağlı əmək qabiliyyətsiz qeyd olunubsa, həmin şəxs Tibbi Sosial Ekspertiza Komissiyalarına müraciət edib müvafiq düzəlişlər apara bilər. Digər hallarda əmək zəmanəti icazə verdiyi hallarda I qrup əlilliyi olan şəxslər nəinki müraciət edə bilər, hətta onlar digərlərinə münasibətdə daha üstün hüquqa malikdilər".
BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.
Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.