Sinovac Biotech peyvənd, arxiv şəkli

Kadir İnanıra koronavirus peyvəndi vuruldu

8
(Yenilənib 19:30 17.02.2021)
Vaksin vurulan anın fotosunu "Instagram" hesabından paylaşan Kadir İnanır "Hər kəsi peyvənd olunmağa dəvət edirəm" söyləyib

BAKI, 17 fevral — Sputnik. Son zamanlar dünyanı cənginə alan COVID-19 infeksiyasından yaxa qurtarmaq üçün bəzi məşhurlar öz istəkləri ilə vaksin vurdurur. Bu axına türk kinosunun ustad sənətkarı Kadir İnanır da qoşulub və koronavirus peyvəndi vurdurub.

Sputnik Azərbaycan xəbər verir ki, vaksin vurulan anın fotosunu "Instagram" hesabından paylaşan Kadir İnanır "Hər kəsi peyvənd olunmağa dəvət edirəm" söyləyib.

8
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli Çörçilin əsərini satdı

4
(Yenilənib 00:42 03.03.2021)
Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb.

BAKI, 3 mart — Sputnik. Məşhur Hollivud aktrisası Ancelina Coli Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" ("Tower of the Koutoubia Mosque") şəklini 11,5 milyon ABŞ dollarına (8,28 milyon funt-sterlinq) satıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Çörçil vaxtilə bu şəkli ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə hədiyyə edib.

Rəsmin qiyməti əvvəlcə 1,5-2,5 milyon funt-sterlinq (2-3,4 milyon ABŞ dolları) qiymətləndirilirdi. Bu, Çörçilin işləri üçün rekord qiymətdir. Şəkil Britaniya baş nazirinin İkinci Dünya Müharibəsi zamanı yaratdığı yeganə əl işidir. Rəsm 1943-cü ilin yanvarında Hitler əleyhinə koalisiyanın Kasablankadakı konfransının sonunda çəkilib. Çörçil Mərakeşdə ABŞ prezidenti Franklin Ruzveltlə gəzinti zamanı günəşin qürubunun təəssüratı altında bu mənzərəni yaradıb.

Alıcının şəxsiyyəti açıqlanmır.

Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb. Coli və Pittin incəsənət əsərlərinin kolleksiyası təxminən 25 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

4
Teqlər:
Uinston Çörçill, Böyük Britniyanın baş naziri Uinston Çörçill, Bred Pitt, Ancelina Coli
Həblər, arxiv şəkli

Məşhur həkim ağrıkəsici dərmanların ölümcül təsirini açıqladı

10
(Yenilənib 23:54 02.03.2021)
"Ümumiyyətlə, istənilən dərman insana ziyan vura bilər. Bir daha xatırlatmaq istəyirəm: dərmanla zəhər yalnız dozasına görə bir-birindən fərqlənir".

BAKI, 3 mart — Sputnik. Məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov "O samom qlavnom" adlı proqramda qeyri-steroid iltihab əleyhinə ağrıkəsici preparatların ölümcül təsirindən danışıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, proqram YouTube-da yayımlanıb.

Həkimin sözlərinə görə, bu cür preparatlar, ilk növbədə, mədəyə kəskin ziyan vurur. Bundan başqa, qeyri-steroid iltihab əleyhinə ağrıkəsicilər qanaxmaya da səbəb ola bilər. 40 yaşlı pasiyentin əməliyyat otağına çatdırılana qədər yolda qanaxmadan öldüyünü yada salan Myasnikov bildirib ki, həmin şəxs hadisədən əvvəl yeddi ədəd ağrıkəsici həb qəbul edibmiş. Bu isə mədə xorasının kəskinləşməsinə və qanaxmaya səbəb olub.

Həkim onu da əlavə edib ki, qeyri-steroid iltihab əleyhinə ağrıkəsicilər infarkt və beyin iflici kimi ağır xəstəliklərə də gətirib çıxara bilər. "Odur ki yaşı 65-dən yuxarı olan və ürək çatışmazlığından əziyyət çəkən şəxslərə bu cür preparatların qəbulu qadağandır. Ümumiyyətlə, istənilən dərman insana ziyan vura bilər. Bir daha xatırlatmaq istəyirəm: dərmanla zəhər yalnız dozasına görə bir-birindən fərqlənir", – deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, qeyri-steroid iltihab əleyhinə ağrıkəsici preparatlar ağrını azaldır, hərarəti aşağı salır və iltihaba qarşı təsir göstərir. Bu preparatlar arasında ən çox bilinən dərmanlar – "Aspirin", "İbuprofen" və "Diklofenak"dır.

 

10