Tokio şəhərinə mənzərə, arxiv şəkli

Yaponiya Azərbaycana humanitar yardım göndərdi

12
(Yenilənib 18:07 17.02.2021)
Azərbaycan müstəqillik qazandıqdan sonra Yaponiya hökuməti Azərbaycanda inkişafa rəsmi yardım layihələrinin icrasına başlayıb, indiyədək təxmini 1 milyard dollar məbləğində güzəştli kredit, 100 milyon dollardan çox qrant layihəsi həyata keçirib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. 16 fevral tarixində Yaponiya hökuməti Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı toqquşmadan nəticələnən humanitar böhranla bağlı yardım qismində Azərbaycana 1,2 milyon dollar məbləğində təcili qrant ayrılması qərarı verib. Bu barədə Yaponiyanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, bu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Dünya Qida Proqramı (WFP) və Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) tərəfindən beynəlxalq cəmiyyətə ünvanlanmış yardım müraciətinə əsaslanaraq, zərərçəkmiş və evakuasiya məkanlarının bərpası, tibb sahəsinə dəstək, yardım ləvazimatlarının təqdim olunması kimi yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlmiş qrant yardımıdır.

Bu qrantda nəzərdə tutulmuş yardımlar aşağıda detallı şəkildə qeyd olunub.

- Bir qabaqcıl xəstəxanaya tibbi avadanlıqlarla bağlı yardım

- Təxmini 500 nəfərə təhlükəsiz su mənbələrinə çıxışın təmin olunması

- Təxmini 6400 nəfər üçün müvəqqəti sığınacaq yerlərinin bərpası və soyuqla mübarizə aparmaq üçün yardım ləvazimatlarının təmin olunması

- Təxmini 8000 nəfər üçün qida yardımının həyata keçirilməsi

Azərbaycan müstəqillik qazandıqdan sonra Yaponiya hökuməti Azərbaycanda inkişafa rəsmi yardım layihələrinin icrasına başlayıb, indiyədək təxmini 1 milyard dollar məbləğində güzəştli kredit, 100 milyon dollardan çox qrant layihəsi həyata keçirib.

Qeyd olunub ki, Yaponiya bundan sonra da Azərbaycana yardımı davam etdirmək niyyətindədir.

12
Teqlər:
Yaponiya, Beynəlxalq Qırmızı Xaç Komitəsi
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

117
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

117
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Instaqramda qadınlarla bağlı paylaşım edib

164
O, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @presidentaz

Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

164
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, 8 mart, Prezident İlham Əliyev, İlham Əliyev