Marketlərdə süni qiymət artımı müşahidə edilmir - Dövlət Xidməti

© Sputnik / Murad OrujovРабота супермаркета в Баку за день до ужесточения карантина
Работа супермаркета в Баку за день до ужесточения карантина - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
"Biz apardığımız monitorinqlər nəticəsində marketlərdə süni qiymət artımı müşahidə etməmişik" - Məmməd Abbasbəyli.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. "Tərəfimizdən 57 adda ərzaq, 28 adda meyvə-tərəvəz, 51 adda isə tikinti məhsulları üzrə monitorinqlər aparmışıq".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransı zamanı Xidmətin rəis müavini Məmməd Abbasbəyli deyib.

O bildirib ki, benzinin bahalaşmasından sonra marketlərdə aparılan monitorinqlərin nəticəsi olaraq süni artımın olmaması aşkarlanıb: "Yəni, bahalaşmanın əsası varsa, bu qanun pozuntusu hesab edilmir. Biz apardığımız monitorinqlər nəticəsində marketlərdə süni qiymət artımı müşahidə etməmişik".

 

Xəbər lenti
0