Hicablı qızlar, arxiv şəkli

Bakıda məktəbə polis gəldi - Hicab qadağası ilə bağlı problem böyüyür

186
"Şagirdə məktəbə daxil olanda hicabı açması tösiyə edilib. Onlar isə polisə müraciət ediblər ki, guya şagirdi hicab bağladığı üçün direktor məktəbə qoymur".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyevanın hicabla məktəbə gələn şagirdləri dərsə buraxmadığı deyilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Facebook" sosial şəbəkəsində məlumat yayılıb.

Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün məktəblə əlaqə saxlayıb. Məktəbdən bildirilib ki, T.Mirzəyevanın yanında hazırda polis var. Valideyn şikayət etdiyi üçün məktəbə polis gəlib və faktı araşdırır:

"Şagirdin dərsdən qovulması xəbəri böhtandır. Bizim məktəbdə 7-ci sinifdə təhsil alan bir şagird hicab taxır. O da əvvəllər hicabda deyildi, yeni hicab bağlayır. Onu məktəbdən heç kəs qovmayıb. Sadəcə şagirdə bildirilib ki, məktəbə daxil olanda hicabı açsın. Onlar isə polisə müraciət ediblər ki, guya şagirdi hicab bağladığı üçün direktor məktəbə qoymur. Bu böhtandır".

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

 

186
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

22
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

22
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Instaqramda qadınlarla bağlı paylaşım edib

23
O, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @presidentaz

Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

23
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, 8 mart, Prezident İlham Əliyev, İlham Əliyev