Ermənistanda ölənlərin sayı artdı

© AP Photo / Andreea AlexandruМедик транспортирует тело пациента с подозрением на коронавирусную инфекцию
Медик транспортирует тело пациента с подозрением на коронавирусную инфекцию - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb.

BAKI, 17 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 169597-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 206 nəfər artıb.

Ermənistanda son gündə daha 5 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3155-ə çatıb. Xəstəlikdən sağalanların sayı 161476 nəfər olub. Hazırda bu ölkədə 4173 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 108,8 milyonu keçib, 2,39 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0