Serj Sarqsyan, arxiv şəkli

Sarkisyan Ermənistanın dinc əhaliyə qarşı "İsgəndər"dən istifadə etdiyini təsdiqləyib

47
(Yenilənib 11:28 17.02.2021)
Ermənistanın eks-prezidenti: “Xatırlayırsınız, bir nəfər lovğalanaraq, Kirovabadda (Gəncə-red.) aeroportu darmadağın etmək barədə əmr verdiyini bəyan edirdi. Lakin atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox...”

BAKI, 17 fevral - Sputnik. Serj Sarkisyan 44 günlük müharibədə Ermənistanın “İsgəndər” Operativ Taktiki Raket Kompleksindən (OTRK) istifadə etdiyini açıqlayıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Ermənistanın üçüncü prezidenti “Armnews”a müsahibəsində erməni tərəfinin müharibə vaxtı “İsgəndər” raketlərindən istifadə etmədiyi barədə fikirlərlə razılaşmadığını bildirib. 

“Mən erməni tərəfinin “İsgəndər” raketlərindən istifadə etmədiyi barədə bəyanatlarla razı deyiləm. Məndə dəqiq informasiya var ki, müharibənin son mərhələsində konkret Şuşa istiqamətində “İsgəndər”dən istifadə olunub”.

O, raketlərin Azərbaycan Ordusu tərəfindən Şuşanın azad edilməsindən sonra şəhərə atıldığını bildirib.

Müharibənin gedişində “İsgəndər” OTRK-dan Azərbaycanın ərazilərinə zərbələr endirilməməsini isə S. Sarkisyan cavab zərbələrinin ola biləcəyi ilə izah edib. “Zərbələr endirilsəydi, yəqin ki, qarşı tərəfdən cavab atəşləri olacaqdı. Güman ki, bunun qorxusundan zərbələr endirilməyib. Lakin “İsgəndər”dən artıq müharibənin 4-5-ci günü, Azərbaycan Horadiz və digər istiqamətlərdə böyük sayda qüvvə cəmləşdirəndə istifadə etmək lazım idi”, - deyə o bildirib.  

Bununla belə, S. Sarkisyan erməni tərəfinin Azərbaycan ərazilərinə digər silahlardan zərbələr endirmədiyi barədə fikirlərlə razılaşmadığını deyib, bununla da, Azərbaycanın cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə və digər yaşayış məntəqələrinə raket və artilleriya zərbələrinin məqsədli şəkildə endirildiyini, mülki əhalinin hədəfə alındığını etiraf edib: “Xatırlayırsınız, bir nəfər lovğalanaraq, Kirovabadda (Gəncə-red.) aeroportu darmadağın etmək barədə əmr verdiyini bəyan edirdi. Lakin atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox...”

Eks-prezident bunu “böyük axmaqlıq” adlandırıb, bundan sonra Xankəndi və Xocavəndin atəşə məruz qaldığını deyib: “Mən demirəm ki, buna qədər Stepanakert (Xankəndi-red.) atəşə tutulmurdu. Lakin atəş iki hədəfə açılırdı: Ordu qərargahına və elektrik stansiyalarına...”

“İsgəndər” OTRK-dan istifadənin zəruriliyini bir daha vurğulayan S. Sarkisyanın sözlərinə görə, ilk növbədə, neft və qaz kəmərlərinə zərbələr endirilməliydi.

“Biz “İsgəndər”ləri niyə əldə etmişdik, niyə gətirmişdik? Lazım olan anda istifadə etməmək üçün?” deyən eks-prezident kompleksdən istifadə etməməyə dair razılaşma olduğuna inanmadığını da bildirib.

“Biz müttəfiqimizin bu silahı verdiyi yeganə ölkəyik. Və onu tətbiq etməmək?.. Mən anlamıram”, - deyə S.Sarkisyan fikirlərini tamamlayıb. 

47
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

24
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

24
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Instaqramda qadınlarla bağlı paylaşım edib

29
O, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @presidentaz

Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

29
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, 8 mart, Prezident İlham Əliyev, İlham Əliyev