Kitab mağazası, arxiv şəkli

Üç azyaşlı Bakıda kitab mağazasından oğurluq ediblər

14
(Yenilənib 11:22 17.02.2021)
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub. 

BAKI, 17 fevral — Sputnik. Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub. 

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.

14

Gürcü xanımın Bakı ilə 20 illik eşq macərası

8
(Yenilənib 23:52 04.03.2021)
Dali Qoqoladze etiraf edir ki, həyatı bir daha yaşamaq imkanı olsaydı, yenə Bakıya köçüb gələrdi. Restoran sahibi və baş aşpaz gürcü xanımla müsahibəni videomuzdan izləyin.

“Azərbaycan əcnəbilərin gözü ilə” rubrikamızın budəfəki qonağı gürcü xanım Dali Qoqoladzedir.

İyirimi il bundan əvvəl oğlu ilə Bakıya səfər edən Dali burada qalıb yaşamaq və öz biznesini qurmaq qərarına gəlir. Hazırda Dali Qoqoladze gürcü mətbəxi üzrə uğur qazanmış restoran sahibi və baş aşpazdır. Onun adı təkcə Bakıda deyil, şəhərimizin hüdudlarından kənarda da yaxşı tanınır.

Qonaqlar etiraf edirlər ki, onun hazırladığı yeməklərin dadına yalnız bir dəfə baxmaqla gürcü mətbəxinə valeh olmaq mümkündür. Dalinin gülərüz və mehribanlığı da öz yerində.

Gürcü xanımın Azərbaycan sevgisi qarşılıqlıdr. Bu illər ərzində Qoqoladze ailəsi nəvələrin hesabına bir xeyli genişlənib.

“Azərbaycan mənim ikinci vətənim, Bakı isə ikinci evimdir”, – deyə Dali etiraf edir.

Müsahibə götürdüyümüz vaxt o, bütün qadınları 8 Mart bayramı münasibətilə Azərbaycan dilində təbrik etdi.

8
На месте крушения вертолета в Турции

Türkiyədə baş verən helikopter qəzasının ilkin səbəbləri açıqlandı

4
(Yenilənib 08:26 05.03.2021)
Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

BAKI, 5 mart — Sputnik. Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması hava şəraitinin qəfil pisləşməsi ilə bağlıdır.

APA xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“İlkin məlumatlara və şahid ifadələrinə görə, helikopterin qəzaya uğraması qəfildən pisləşən hava ilə əlaqədardır”, - nazir Akar belə deyib.

Nazir faktla bağlı istintaq araşdırmalarına başlanılacağını deyib: “Hadisənin dəqiq səbəbi ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək”.

H.Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi helikopterin qəzaya uğradığı bölgəyə gedərək, hadisənin təfərrüatları ilə yerində tanış olub. Baş qərargah rəisi general Yaşar Gülər ​​və Quru Qoşunları komandanı Ümit Dündar da naziri müşayiət edib.

Bitlisdəki hərbi helikopter qəzasında 11 hərbçi həlak olub.

Şəhidlərin arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

4