Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

"Nizami Gəncəvi irsi dünya kitabxanalarında" layihəsinə start verildi

13
(Yenilənib 18:30 15.02.2021)
Layihənin ilk sayında UNEC KİM ABŞ-ın Konqres Kitabxanasında mövcud olan məlumatları təqdim edir. KİM-in axtarışına əsasən, Konqres Kitabxanasında Nizami Gəncəvi irsinə dair 329 əsərin biblioqrafik yazısı əldə edilib.

BAKI, 15 fevral — Sputnik. UNEC Kitabxana-İnformasiya Mərkəzi (KİM) "Nizami Gəncəvi irsi dünya kitabxanalarında" layihəsinə start verir.

Sputnik Azərbaycan xəbər verir ki, "Nizami Gəncəvi İli"nə həsr olunan layihə çərçivəsində dahi Nizamin irsi haqqında Azərbaycanda və dünyada aparılan tədqiqat işləri, elmi araşdırmalar, eləcə də ədibin dünyanın bir sıra aparıcı kitabxanalarında müxtəlif dillərdə mövcud olan əsərləri və haqqında yazılmış nəşrlər haqqında biblioqrafik məlumatlar ictimaiyyətə təqdim ediləcək.

Layihənin ilk sayında UNEC KİM ABŞ-ın Konqres Kitabxanasında mövcud olan məlumatları təqdim edir. KİM-in axtarışına əsasən, Konqres Kitabxanasında Nizami Gəncəvi irsinə dair 329 əsərin biblioqrafik yazısı əldə edilib. Həmin əsərlər Bakı, Nyu-York, London, Paris, Roma, Stokholm, Leyden, Moskva, Sankt-Peterburq, Daşkənd, Dehli, Düşənbə, Tehran şəhərlərində müxtəlif dillərdə nəşr edilib və yazıya alınıb.

Araşdırma zamanı məlum oldu ki, Konqres Kitabxanasında mühafizə olunan ən qədim əlyazma XVIII əsrə məxsus (təx.1750), fars dilində Hindistanda yazıya köçürüldüyü ehtimal edilən "İskəndərnamə" əsəridir. Ən yeni nəşr isə 2021-ci ildə Nyu-Yorkda nəşr edilmiş "Leyli və Məcnun" əsəridir. Qeyd edək ki, burada audio nəşrlər də yer alıb.

13
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

76
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

76
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Instaqramda qadınlarla bağlı paylaşım edib

71
O, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @presidentaz

Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

71
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, 8 mart, Prezident İlham Əliyev, İlham Əliyev