BAKI, 15 fevral — Sputnik. 12-14 fevralda "Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyinin üzvləri "Şahdağ" Turizm Mərkəzi və "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinin ərazisində hərəkətin idarə olunması işində iştirak ediblər. Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, turizm könüllüləri proses müddətində qonaqların COVID-19 pandemiyası dövründə sanitariya və gigiyena qaydalarına riayət etməsinə təşviqi və onların xidmətlərlə bağlı məlumatlandırılmasını həyata keçiriblər.
Fəaliyyət çərçivəsində qonaqların tibbi maskadan istifadə etməsi, kassa xidmətinə növbəli şəkildə buraxılışı və qonaqlar arasında ara məsafəsinin qorunması təmin edilib. Qeyd edək ki, qış mövsümünün sonunadək "Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyi tərəfindən bu addımın davamlı icrası planlaşdırılır.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.
BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.