"Game of Thrones"un ulduzları "The Last of Us"da birləşdilər

© Facebook / Game of Thrones / HBO / 2018Кадр из сериала "Игра престолов"
Кадр из сериала Игра престолов - Sputnik Azərbaycan, 1920, 12.02.2021
Abunə olmaq
The Last of Us" video oyununda hadisələr postapokalipsis dünyasında - mutasiyaya uğramış göbələyə görə pandemiya ilə məhv olan sivilizasiyada baş verir.

BAKI, 12 fevral — Sputnik. HBO-nun "The Last of Us" serialının eyni adlı oyununda "Game of Thrones" fantastik saqasının ulduzları Pedri Paskal və Bella Remsi rol alıblar. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, "Game of Thrones"da şahzadə Oberin Martell rolunu oynayan 45 yaşlı Paskal "The Last of Us"ın əsas qəhrəmanı Coeli canlandıracaq.

Lianna Mormont rolunu ifa edən 17 yaşlı Remsi isə 14 yaşlı Elli rolunu oynayacaq.

"The Last of Us" video oyununda hadisələr postapokalipsis dünyasında - mutasiyaya uğramış göbələyə görə pandemiya ilə məhv olan sivilizasiyada baş verir.

Süjetə əsasən, Coel Ellini karantin zonasından çıxarmalıdır.

Xəbər lenti
0