Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Qış təlimi-2021 təlimində

"Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu gördü" - Zakir Həsənov

1466
(Yenilənib 18:14 11.02.2021)
Nazir: "Müharibə dövründə Türkiyə siyasətini nümayiş etdirdi və bizim yanımızda idi. Siyasi, mənəvi və diplomatik dəstəklərlə yanımızda oldu. Türkiyə bu duruşu ilə dünyaya bu mesajı verdi: Türkiyə Azərbaycanın yanındadır".

BAKI, 11 fevral — Sputnik. "Türkiyə Silahlı Qüvvələri (TSQ) dünyanın ən güclü ölkələrindədir. Qardaş ölkə ilə güclü iş birliyimiz mövcuddur. TSQ-nın təcrübələrindən faydalanmaq bizim üçün önəmlidir.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qarsda keçirilən "Qış təlimi-2021" təlimlərində çıxışı zamanı bildirib.

"Azərbaycan və Türkiyə arasındakı tarix, din və mədəniyyət iki ölkə arasında köklü bağları təşkil edir. Liderimiz Heydər Əliyev tərəfindən "tək millət iki dövlət" olaraq ifadə edilən Türkiyə - Azərbaycan münasibətləri, bu gün də prezidentlərimizin rəhbərliyi altında ümidlə davam etdirilməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin və qardaşlığımızın davam etməsində prezidentlərimizin qatqısı böyükdür", nazir deyib. 

"Müharibə dövründə Türkiyə siyasətini nümayiş etdirdi və bizim yanımızda idi. Siyasi, mənəvi və diplomatik dəstəklərlə yanımızda oldu. Türkiyə bu duruşu ilə dünyaya bu mesajı verdi: Türkiyə Azərbaycanın yanındadır. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək işğal altındakı torpaqlarımızı işğaldan azad etdik. Azərbaycan xalqı bunu çox qiymətləndirdi. Türkiyənin bizə verdiyi böyük dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm", - deyə Zakir Həsənov qeyd edib.

Zakir Həsənov Qarabağ müharibəsində Türkiyə-Azərbaycan münasibətlərinin daha da yaxşı şəkildə möhkəmləndiyini bildirib: "Azərbaycan və Türkiyə əsgərləri Azadlıq meydanında Zəfər paradında oldular. Bu tarixi gündə Azərbaycan xalqı da Türkiyə və Azərbaycan bayraqları ilə öz dəstəyini nümayiş etdirdi. Qış təlimlərimizin də uğurlu, xeyirli keçməsinə ümid edir və hamınızı təbrik edirəm. Əminəm ki, qardaşlığımız, birliyimiz, münasibətlərimiz belə davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!".

1466
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

10
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

10
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

6
(Yenilənib 23:28 05.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

6